main-post-cover

    NVIDIA GeForce RTX 4090 videokartı 8 simvollu şifrəni bir neçə saat ərzində hack etməyə imkan verir

    Təhlükəsizlik
    18.10.2022
    Farid Pardashunas
        İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Sam Croley adlı mütəxəssis NVIDIA-nın yeni videokartı olan GeForce RTX 4090-nın şifrələrin hack edilməsi mövzusunda imkanlarından bəhs edib. Məlum olub ki, şifrələrin hack edilməsi mövzusunda GeForce RTX 4090 modeli əvvəlki model olan GeForce RTX 3090 modelini kölgədə qoyub. Məlumatda qeyd edilib ki, yeni videokart hətta Microsoft New Technology LAN Manager (NTLM) və Bcrypt kimi autentifikasiya protokollarına qarşı da yüksək effektivlik sərgiləyib. 2017-ci ilin statistikasına əsasən 8 simvollu şifrələr sızdırılmış şifrələr arasında ən geniş yayılmış olanlarıdır.
        Belə ki, onlar ümumi şifrələrin 32%-ni əhatə edirlər. Sam Croley tərəfindən sərgilənmiş nəticələr o demək deyil ki, 8 simvollu şifrələr ən etibarsız şifrələrdir. Sadəcə bu cür şifrələr istifadəçilər tərəfindən ən çox işlədilən şifrələrdir. Beləliklə GeForce RTX 4090 videokartının şifrələrin hack edilməsi prosesi üzrə aparılmış testdə HashCat V.6.2.6 adlı proqram təminatından istifadə edilib. Sözügedən proqram təminatı sistem administratorları, kibertəhlüəsizlik üzrə mütəxəssislər arasında çox məşhurdur.
        HashCat bu və ya digər hallarda mütəxəssislərə istifadəçilərin şifrələrini yoxlamağa və ya onların şifrələrini düzgün şəkildə təyin etməyə imkan verir. Qeyd etmək lazımdır ki, Sam Croley sözügedən proqram təminatının yaradıcılarından biridir. Məlum olub ki, rəqəmlərdən, böyük və kiçik hərflərdən və eləcə də xüsusi simvollardan ibarət 8 simvollu şifrəni 1 ədəd GeForce RTX 4090 videokartı 6.1 saata hack edir. 8 ədəd GeForce RTX 4090 videokartı isə bu müddəti 48 dəqiqəyə endirir. Belə ki, 200 milyard mümkün kombinasiyanı yoxlayaraq 8 simvollu şifrəni hack etmək üçün 8 ədəd videokarta məhz bu qədər müddət lazım olub. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər