Logo
    main-post-cover

    Nvidia AI agentləri üçün yeni təhlükəsizlik platformasını elan etdi

         Technote.az “TNW” platformasına istinadən bildirir ki, Nvidia açıq mənbəli süni intellekt agenti OpenClaw üçün müəssisə səviyyəli yeni platforma olan NemoClaw-u təqdim edib. Şirkət bu yeniliyi Kaliforniyanın San-Xose şəhərində keçirilən illik Nvidia GTC Developer Conference tədbirində elan edib.
        OpenClaw layihəsi 25 yanvar 2026-cı ildə avstriyalı proqramçı Peter Steinberger tərəfindən cəmi bir saat ərzində yaradılmış ilk versiya ilə istifadəyə verilmişdi. Qısa müddətdə GitHub tarixinin ən sürətlə böyüyən açıq mənbə layihələrindən birinə çevrilən bu AI agenti istifadəçilərə məlumatları buluda göndərmədən lokal şəkildə faylları idarə etmək, kod yazmaq və internetdə işləmək imkanı yaradırdı.
        Lakin məhz bu azadlıq müəssisələr üçün həm üstünlük, həm də təhlükəsizlik riski hesab olunurdu. Nvidia-nın təqdim etdiyi NemoClaw OpenClaw üzərinə bir komanda ilə quraşdırılan texnoloji paketdir və əsas məqsədi AI agentlərini müəssisə mühitində təhlükəsiz işlədə bilməkdir.
        Platformanın əsas elementi OpenShell adlı yeni açıq mənbəli runtime sistemidir. Bu sistem:
        •    agentləri proses səviyyəsində “sandbox” mühitinə salır,
        •    fayl girişlərini məhdudlaşdırır,
        •    şəbəkə bağlantılarını idarə edir,
        •    məlumat təhlükəsizliyini siyasət əsaslı qaydalarla qoruyur.
       NemoClaw həmçinin Nvidia-nın Nemotron açıq modellərini lokal cihazlarda işlətməyə imkan verir. Sistem:
        •    GeForce RTX kompüterləri,
        •    RTX PRO workstation-ları,
        •    DGX Station və DGX Spark AI sistemləri üzərində işləyə bilir.
        “Privacy router” adlı mexanizm isə lazım olduqda agentlərin bulud əsaslı modellərə qoşulmasına imkan verir, amma təhlükəsizlik qaydalarını qoruyur. GTC tədbiri çərçivəsində keçirilən “build-a-claw” sessiyasında iştirakçılar canlı NemoClaw agentlərini birbaşa quraraq test edə biliblər.
    Paylaş