
NVIDIA videokartlarının drayverlərində ciddi sistem boşluğu aşkar edilib
Təhlükəsizlik
05.11.2024
Emil
NVIDIA şirkətinin mətbuat xidmətinin vermiş olduğu məlumata əsasən şirkətin GeForce seriyasına daxil olan videokartları üçün nəzərdə tutulmuş drayver və proqram təminatlarında ciddi sistem boşluğu aşkar edilib. Aşkar edilmiş sistem boşluğu sayəsində hakerlər istifadəçilərin özəl məlumatlarını oğurlaya bilərlər. Məlumatda qeyd edilib ki, sistem boşluğu bütün GeForce videokartlarını əhatə edir.
Bura həmçinin NVS və Tesla videokart modelləri də daxildirlər. NVIDIA istifadəçilərə mövcud drayverləri tez zamanda yeniləməyi məsləhət görür. Windows üçün 566.03 (GeForce) 553.24 (Quadro), 538.95 (NVS) və 553.24/538.95 (Tesla). Linux üçün 565.57.01/550.127.05/535.216.01 və 550.127.05/535.216.01. Əgər drayverlər və proqram təminatları avtomatik şəkildə yenilənmirlərsə, onların yeni versiyalarını NVIDIA-nın rəsmi saytından yükləmək olar.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
