Logo
    main-post-cover

    Nvidia yeni AI platforması ilə şirkətlər üçün təhlükəsizliyi ön plana çıxarır

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Nvidia şirkəti süni intellekt agentləri sahəsində ən böyük problemlərdən biri sayılan təhlükəsizlik məsələsini həll etmək üçün yeni platforma təqdim edib. Şirkətin CEO-su Jensen Huang tərəfindən NVIDIA GTC 2026 tədbirində elan olunan “NemoClaw”, viral olan açıq mənbəli OpenClaw sisteminin korporativ versiyası kimi təqdim edilir.
        “NemoClaw” əsasən şirkətlər üçün hazırlanmış təhlükəsiz və məxfilik yönümlü bir platformadır. Bu sistem sayəsində müəssisələr süni intellekt agentlərini daha nəzarətli şəkildə idarə edə, onların məlumatlarla necə işlədiyini izləyə və təhlükəsizlik risklərini minimuma endirə biləcək.
        Huang çıxışında bildirib ki, yaxın gələcəkdə hər bir şirkətin “OpenClaw strategiyası” olmalıdır. Onun sözlərinə görə, bu yanaşma vaxtilə Linux, Kubernetes və HTML kimi texnologiyaların oynadığı rola bənzəyir və süni intellekt əsaslı sistemlərin yayılmasını sürətləndirəcək.
        Platforma istifadəçilərə müxtəlif kodlaşdırma agentlərini və açıq süni intellekt modellərini, o cümlədən Nvidia-nın öz NemoTron modellərini bir mühitdə istifadə etməyə imkan verir. Maraqlı tərəfi isə odur ki, “NemoClaw” konkret olaraq Nvidia GPU-larına bağlı deyil və fərqli avadanlıqlarda işləyə bilir.
        Bununla yanaşı, platforma hələ erkən “alpha” mərhələsindədir. Şirkət istifadəçiləri xəbərdar edir ki, sistem tam stabil deyil və inkişaf prosesi davam edir. Hazırda əsas məqsəd istifadəçilərin öz lokal mühitlərini quraraq agent sistemlərini test edə bilməsidir.
    Paylaş