Logo
    main-post-cover

    Oğurlanan YouTube kanalları hələ də özünə gələ bilməyib...

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, YouTube-da fəaliyyət göstərən bəzi kontent yaradıcıları kiber cinayətkarların hədəfinə çevrilir və kanalları ələ keçirildikdən sonra uzun müddət əvvəlki vəziyyətinə qayıda bilmir.
    YouTube logo
        Təxminən bir il əvvəl kripto dələduzları tərəfindən YouTube kanalı hack olunan Stiv (soyadını gizli saxlayır) bu hadisəni hələ də hər gün xatırladığını deyir. Onun sözlərinə görə, hadisədən sonra kompüterdə brauzeri açıq qoymağa belə qorxur. Stiv və həyat yoldaşı Danielle 2020-ci ildə Vegas Action adlı YouTube kanalını yaratmışdılar. Kanal zamanla sabit şəkildə böyüyürdü. Lakin 2024-cü ilin aprel ayında kanal kripto dələduzları tərəfindən ələ keçirildi və nəticədə YouTube tərəfindən bağlandı. Google-a çoxsaylı müraciətlərdən sonra kanal bir ay sonra yenidən Stiv və Danielle-in nəzarətinə qaytarıldı.
        Ancaq bu müddət ərzində kanal həm abunəçi itirdi, həm də inkişaf tempi zəiflədi. Hazırda 37 min abunəçisi olan cütlük hesab edir ki, əgər hack hadisəsi baş verməsəydi, bu gün 50 min abunəçini keçmiş olardılar. YouTube kanallarının hack olunması hallarında yaradıcıların hüquqi və texniki baxımdan seçim imkanları məhduddur. Kanal geri qaytarılsa belə, itirilmiş auditoriyanı və alqoritmik momentum-u bərpa etmək çox çətin olur.
    Paylaş