Özünü Apple əməkdaşı kimi təqdim etmiş hacker iCloud hesablardan 620.000 foto və video oğurlayıb

Özünü Apple əməkdaşı kimi təqdim etmiş hacker iCloud hesablardan 620.000 foto və video oğurlayıb

Kibertəhlükəsizlik
25.08.2021 PAYLAŞIM

    Los Ancelesin La Puent şəhərində yaşayan Hao Kuo Chi adlı 40 yaşlı şəxs minlərlə iCloud hesabını hack edərək intim xarakterli 620.000 foto və video oğurlaya bilib. Hüquq-mühafizə orqanları sözügedən şəxsi artıq yaxalayıblar. Hao Kuo Chi 4 maddə üzrə öz günahını etiraf edib. Məlum olub ki, bu hacker özünü Apple şirkətinin dəstək xidməti əməkdaşı kimi təqdim edib və beləliklə istifadəçilər ilə elektron poçt yazışmalarında onları Apple ID ilə şifrələri təqdim etməkdə razı sala bilib. Nəticədə hacker minimum 306 nəfər istifadəçinin iCloud hesabını əldə edə bilib. Onların əksəriyyəti qadınlar olublar.

    Hackerin sözlərinə əsasən minimum 200 istifadəçi hesabının hack edilməsi sifarişi ona tanımadığı insanlar tərəfindən internetdən gəlib. “icloudripper4you” ləqəbi ilə öz əməliyyatlarını reallaşdırmış hacker iCloud hesablara giriş xidmətlərini təklif edirmiş. Hüquq-mühafizə orqanlarının apardıqları araşdırma çərçivəsində hacker etiraf edib ki, o bunu sadəcə olaraq foto və videoların əldə olunması üçün edib. Bundan əlavə olaraq hacker günahını etiraf edən zaman qeyd edib ki, o öz həyatından, karyerasının gələcəyindən narahatdır və bu hadisənin ona ciddi zərər verməyəcəyini istəyir. O həmçinin bildirib ki, onun ailəsi var.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bloomberg: 'Google istifadəçilərin konfidensial məlumatlarını reklamçılara inanı..

Bloomberg saytının verdiyi məlumata əsasən Google şirkəti istifadəçilərin özəl məlumatlarını reklamç..


iOS-dəki ciddi sistem boşluğu iPhone-nun sönmüş vəziyyətdə olduğu halda da probl..

Almaniyada yerləşən Darmştadt Texniki Universitetinin tədqiqatçıları iOS-də ciddi sistem boşluğu aşk..


Avropa Birliyinin yeni qaydaları messencerlərdən mesajların skan olunmasını tələ..

Avropa Komissiyasının təklif etməyə hazırlaşdığı yeni qaydalara əsasən Whatsapp və Facebook Messenge..


KİBERTƏHLÜKƏSİZLİK: Niyə təşkilatlar özləri üçün ən böyük təhlükədirlər?..

Ransomware hücumlarının 2020-ci ildə 123 milyon dollar ziyan vurduğu təxmin edilir


Müxtəlif VPN servislərin ümumilikdə 21 milyon istifadəçisinin konfidensial məlum..

Aşkar edilmiş məlumatlar bazasında 3 məşhur pulsuz VPN servisinin istifadəçilərinin məlumatları var...


Google, Apple, Microsoft şirkətləri bütün əsas platformalarında şifrəsiz giriş i..

Apple, Microsoft və Google şirkətləri gələn il öz platformalarının həm mobil həm də brauzer versiyal..

×