main-post-cover

    Pandemiya zamanı xüsusi virus külli miqdarda vəsait oğurlayıb: Hansı virus və nə qədər vəsait?

    Təhlükəsizlik
    08.08.2020
    Emil Nəcəfov
        Koronavirus pandemiyası hackerlərin daha çox fəaliyyətdə olmalarına gətirib çıxartdı. Onlardan bəziləri tibb müəssisələrinin sistemlərini hack etməməyi söz versələr də, bu, onların öz qazanclarını artırmağa mane olmayıb. Belə ki, NetWalker adlı zərərli proqram təminatının arxasında duran hacker qruplaşması təkcə son 5 ay ərzində 25 milyon dollar vəsait qazana bilib. Bu barədə Gizmodo saytı xəbər verib. Koronavirus pandemiyası zamanı bir çox ofis işçisi evdən çalışma rejiminə keçid edib.
        Bu isə öz növbəsində aşağı səviyyəli təhlükəsizliyə sahib ev kompüterləri üzrə mütəxəssis olan hackerlərin fəaliyyətlərinin artmasına gətirib çıxardıb. McAfee şirkətinin məlumatlarına əsasən son aylarda ən məşhur kiberhücum növlərindən biri də cryptojacking (kriptovalyutaların gizli mayninqi) olub. Bundan əlavə olaraq adi insanlardan pul oğurlayan zərərli proqram təminatlarının da sayı artıb. Onlardan biri hətta öz yaradıcılarına 5 ay ərzində 25 milyon dollar gəlir də gətirib.
        NetWalker ilə bağlı olan ünvanlar üzrə aparılmış tranzaksiyaların izlənməsi yolu ilə aşkar edilmiş ümumi bitcoin sayı 1 mart 2020-ci il tarixindən 27 iyul 2020-ci il tarixinə kimi 2795 BTC təşkil edib. Bitcoin-in yüksək məzənnə qiymətləndirilməsini nəzərə alaraq mütəxəssislər güman edirlər ki, hackerlər ümumilikdə bu üsul ilə 25 milyon dollar vəsait qazanıblar. Bununla belə NetWalker yaradıcıları yerlərində durmurlar. Belə ki, onlar kriptovalyuta şəklində avtomatik reallaşdırılan ani tranzaksiyaların keçirilməsinə imkan verən təkmilləşdirilmiş mexanizm yaradıblar. Bu isə hackerlərin yüksək professionallıqlarından xəbər verir.
    Linki kopyala