Pirat saytlara keçidi bloklayan qeyri-adi virus aşkar edilib

Pirat saytlara keçidi bloklayan qeyri-adi virus aşkar edilib

Kibertəhlükəsizlik
18.06.2021 PAYLAŞIM

    SophosLabs şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisi Andrew Brandt aşkar edilmiş yeni qeyri-adi kompüter virusu barəsində məlumat verib. Aşkar edilmiş yeni virusun digərlərindən fərqləndirən əsas özəllik ondan ibarətdir ki, o, istifadəçinin şifrələri ilə bank kartı məlumatlarını oğurlamır. Bunun yerinə sözügedən virus istifadəçilərin pirat kontentli saytlara keçidlərini bloklayır. “Belə bir şeyi müşahidə etmək həqiqətən də qeyri-adidir. Çünki adətən bir çox zərərli proqram təminatının bir məqsədi olur. Oğurluq” - deyə mütəxəssis qeyd edib.


    Vigilante Malware adlı bu yeni virus işə düşən zaman o, kompüterdəki HOSTS faylını dəyişir və onun daxilinə çoxlu sayda məşhur torrent trackerlər və digər pirat saytların ünvanlarını inteqrasiya edir. Həmin pirat saytlardan birinə daxil olmaq istəyən zaman brauzer 127.0.01 IP ünvanına yönlənir. Bu IP ünvan isə öz növbəsində lokal kompüterə yönlənərək lazım olan veb resursa keçidi bloklayır. Mütəxəssis bildirib ki, bu zərərli proqram təminatı kompüterə digər üsullarla zərər verməsə də, o, işə salınan zaman uzaqda yerləşən hosta qoşularaq hackerə istifadəçinin IP ünvanını ötürə bilər.

    Ötürülmüş IP ünvan isə gələcəkdəki kiberhücumlarda istifadə oluna bilər. Sözügedən virus istifadəçinin kompüterinə pirat xarakterli müxtəlif proqram təminatının yüklənməsi vasitəsilə düşə bilər. Mütəxəssislər həmçinin qeyd ediblər ki, bu virus Discord messenceri və Pirate Bay platforması vasitəsilə də yayılır. Vigilante Malware virusundan qurtulmaq üçün istifadəçilər antivirus tətbiqlərindən istifadə etməli və HOSTS fayllarını fərdi şəkildə təmizləməlidirlər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnternetdə saxta Windows 11 quraşdırılma faylı aşkar edilib

Yeni Windows-u əldə etmək niyyəti ilə istifadəçilər çox zaman piratçılara və kənar resurslara yönəli..


Pirat tətbiqlərin istifadəçilərinə hücum edən yeni virus aşkar edilib

Bitdefender şirkəti internetdə MosaicLoader adlı yeni virusun ortaya çıxdığını bildirib.


Azercell Telekom MMC-dən xəbərdarlıq!

Azercell Telekom” MMC abunəçilərini  “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən ..


Hackerlər Whatsapp zəngləri vasitəsilə gizli şəkildə smartfonlara Pegasus casus ..

Smartfon istifadəçiləri yeni təhlükə ilə qarşılaşıblar. Məlum olub ki, hackerlər Whatsapp zəngləri v..


Facebook-un 16.000 əməkdaşı istifadəçilərin konfidensial məlumatlarından sui-ist..

2014-2015-ci illərdə Facebook-un 16.000 əməkdaşı istifadəçilərin özəl məlumatlarını əldə edə biliblə..


İstifadəçilər saxta kriptovalyuta tətbiqləri sayəsində külli miqdarda pul itirib..

Lookout Threat Lab şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri kriptovalyuta mayninqi ilə bağl..

×