Predator casus proqramı Anqolada jurnalistin iPhone-unu hədəfə alıb
Təhlükəsizlik
18.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, sanksiyalara məruz qalmış casus proqram istehsalçısı Intellexa tərəfindən hazırlanan “Predator” adlı spyware proqramının Anqolada tanınmış jurnalistin iPhone-unun sındırılmasında istifadə olunduğu bildirilib. Bu barədə Amnesty International yeni hesabat yayımlayıb.
Hesabata əsasən, Anqolalı jurnalist və mətbuat azadlığı fəalı Teixeira Candido 2024-cü il ərzində WhatsApp vasitəsilə bir neçə şübhəli link alıb. O, bu linklərdən birinə klik etdikdən sonra iPhone-u Predator spyware ilə yoluxdurulub. Amnesty-nin araşdırmasına görə, hücum Intellexa-nın infrastrukturuna bağlı olan serverlər vasitəsilə həyata keçirilib. Tədqiqatçılar jurnalistin telefonunda aşkarlanan forensik izləri analiz edərək hücumu Predator ilə əlaqələndiriblər. Bildirilir ki, casus proqram iOS sistem proseslərini təqlid edərək gizli şəkildə fəaliyyət göstərib və aşkarlanmaqdan yayınmağa çalışıb.
Maraqlıdır ki, jurnalist linkə klik etdikdən bir neçə saat sonra telefonunu yenidən başladıb və bu addım spyware-in cihazdan silinməsinə səbəb olub. Amnesty qeyd edir ki, həmin vaxt cihaz köhnə iOS versiyası ilə işləyirdi, lakin proqramın konkret hansı boşluqdan istifadə etdiyi məlum deyil.
Paylaş
Bənzər xəbərlər