Logo
    main-post-cover

    Samsung-un şirkət daxili məlumatları ChatGPT vasitəsilə sızdırılıb

        Proqram təminatının optimizasiyası üçün generativ süni zəka sistemlərindən istifadə imkanları Samsung şirkətinin əməkdaşlarına baha başa gəlib. Belə ki, şirkət son 20 gün ərzində Samsung mütəxəssislərinin xidməti məlumatları ChatGPT-yə ötürmələrinə dair 3 hadisə ilə qarşılaşıb. Məlumatda qeyd edilib ki, ChatGPT-yə ötürülmüş məlumatlar yalnız xidməti istifadə üçün nəzərdə tutulublar. Verilmiş məlumata əsasən baş vermiş hadisələrdən biri çərçivəsində şirkətin daxili istifadə üçün nəzərdə tutulmuş tətbiqinin tərtibatçısı ChatGPT-yə tətbiqin mənbə kodunun müəyyən fraqmentini göndərib. O bunu tətbiqin optimizasiyası üçün edib.
        Faktiki olaraq isə Samsung-un gizli saxlanılan məhsulu ABŞ şirkətinin serverlərinə göndərilib. Samsung üçün isə bu cür hal heç də xoş deyil. Baş vermiş 3 hadisədən ikincisi çərçivəsində şirkət əməkdaşı səhvlərin axtarışı və optimizasiya məqsədilə prosessorlarda xətaların aşkar edilməsi alqoritmini ChatGPT-yə göndərib. Baş vermiş üçüncü hadisə çərçivəsində isə Samsung əməkdaşı istehsalat ilə bağlı şirkət daxilində keçirilmiş iclasda istifadə edilmiş stenoqrammanı ChatGPT-yə göndərərək onun əsasında prezentasiya hazırlamağa cəhd göstərib. Nəticədə Samsung öz əməkdaşlarına xidməti cihazlar vasitəsilə ChatGPT-dən istifadəni qadağan edib.
    Paylaş
    Bənzər xəbərlər