Bir çox digər texnologiyalar kimi
süni zəkanın da qaranlıq tərəfi var. Məsələn şifrələrin təxmin edilməsi üçün nəzərdə tutulmuş
PassGAN adlı
neyron şəbəkəsi şifrələrin
51%-ni 1 dəqiqə ərzində düzgün şəkildə təyin edə bilir. Şifrələrin
71%-nin düzgün təyin edilməsi üçün isə neyron şəbəkəsinə cəmi 1 gün vaxt lazımdır.
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən
Home Security Heroes şirkətinin tədqiqatı məhz bu cür nəticələr verib.
Sadəcə olaraq əsas təhlükəsizlik tədbirlərini yerinə yetirmək lazımdır. Belə ki, istifadəçi bu və ya digər hesabı üçün şifrə tərtib edən zaman tərtib edilən şifrə minimum 12 simvoldan, böyük və kiçik hərflərdən, rəqəmlərdən və xüsusi simvollardan (@, -, ? və s.) ibarət olmalıdır. Xüsusi simvolların bütün növlərinə sahib 18 simvollu şifrə süni zəka tərəfindən təyin edilə biliməyən şifrə kimi qiymətləndirilir. Bu cür şifrənin təyin edilməsi üçün müasir sistemə 6 kvadrilyon il vaxt lazım olar.