Signal messencerinin yaradıcısı: 'Hətta Whatsapp ilə Messenger Telegram-dan daha təhlükəsizdirlər'

Signal messencerinin yaradıcısı: 'Hətta Whatsapp ilə Messenger Telegram-dan daha təhlükəsizdirlər'

Kibertəhlükəsizlik
27.12.2021 PAYLAŞIM

    Telegram istifadəçilər arasında Whatsapp ilə Messenger-in daha təhlükəsiz alternativi kimi məşhurlaşıb. Onu hətta Signal messenceri ilə eyni səviyyədə də tuturlar. Lakin Signal-ın yaradıcısı və CEO-su olan Moxie Marlinspike bu cür fikir ilə razı deyil. Onun sözlərinə əsasən Telegram-ın kibertəhlükəsizlik nöqteyi nəzərdən nüfuzu çox şişirdilib. Marlinspike bildirib ki, Telegram üzərindən göndərilən mesajlar şirkətin severlərində tam açıq və ya adi mətn şəklində saxlanılır. Bununla belə istifadəçilərin konfidensial məlumatlarının qorunması yolunda mesajlarda hər hansı şifrələnmə üsulu istifadə edilmir.

    Onun sözlərinə əsasən bu məsələdə hətta Whatsapp ilə Messenger Telegram-dan fərqli olaraq daha yüksək səviyyəli konfidensiallığı təmin edirlər. Whatsapp ilə Messenger ən azından öz platformaları üzərindən göndərilən bütün mətnli mesajların end-to-end şifrələnmələrini təmin edirlər. Telegram isə bütün məlumatları öz bulud sistemində tam açıq şəkildə saxlayır. Bura mətnlər, ümumi multimedia faylları və kontaktlar da daxildirlər. Bununla belə Messenger isə öz serverlərində saxlanılan məlumatların end-to-end şifrələnmələri üzrə protokolu təmin edir.


    Telegram-a gəldikdə isə onun bütün servislərinə əlçatma imkanına sahib olanlar messencer istifadəçilərinin qorunmamış bütün məlumatlarını da əldə edə bilərlər. Məlumatda qeyd edilib ki, Telegram faktiki olaraq öz serverlərinə yol açan açıq pəncərə rolunu oynayır. Həmin serverlərdə isə Telegram-da indiyənə kimi baş vermiş hər bir şey saxlanılır və həmin məlumatlar həm server operatorlarına həm də adi istifadəçilərə açıqdırlar. Məsələn əgər hər hansısa hacker bu və ya digər istifadəçinin özəl mesajlarını izləmək istəsə, o bunu çox rahatlıqla edə biləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Safari brauzerindəki boşluq istifadəçi məlumatlarının sızdırılmasına səbəb ola b..

Apple şirkətinin Safari brauzerində aşkar edilmiş boşluq brauzer tarixçəsi ilə Google istifadəçi hes..


19 yaşlı mütəxəssis 25 ədəd Tesla elektromobili üzərində uzaqdan idarəni əldə ed..

İnformasiya təhlükəsizliyi üzrə 19 yaşlı mütəxəssis David Colombo bildirib ki, o, 13 ölkədən Tesla-n..


Yeni iOS virus sistem prosesi kimi maskalanaraq istifadəçi məlumatlarını oğurlay..

ZecOps şirkətinin mütəxəssisləri iPhone-larda yeni sistem boşluğunu aşkar edibkər.


Hackerlər zərərli linkləri Google Docs üzərindən yaymağa başlayıblar

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Avanan adlı şirkətin verdiyi məlumata əsasən hackerl..


Telegram-ın yaradıcısı Pavel Durov ABŞ messencerlərini yenidən tənqid edib..

Bir neçə müddət bundan öncə Signal messencerinin yaradıcısı Moxie Marlinspike Telegram-ı sərt şəkild..


Huawei Avstraliyanın şəbəkə operatorunun hack edilməsində günahlandırılıb..

Bloomberg saytı Huawei barəsində aparmış olduğu jurnalist araşdırmasının nəticələrini təqdim edib...

×