Şimali Koreya hackerləri ilin əvvəlindən 200 milyon dollarlıq kriptovalyuta oğurlayıblar

Şimali Koreya hackerləri ilin əvvəlindən 200 milyon dollarlıq kriptovalyuta oğurlayıblar

Kibertəhlükəsizlik
07.09.2023 PAYLAŞIM

    TRM Labs. adlı şirkətin aparmış olduğu yeni tədqiqata əsasən Şimali Koreya ilə əlaqəli olan hackerlər bu ilin yanvar ayından 18 avqut tarixinə kimi 200 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar. Bu isə 2023-cü il ərzində oğurlanmış bütün kriptovalyutaların 20%-ni təşkil edir. TRM Labs. şirkətinin mütəxəssislərinin fikirlərinə əsasən oğurlanmış vəsaitlər Şimali Koreya hökumətinin hərbi proqramlarının reallaşdırılmasında istifadə edilir.

    Kriptovalyutaların oğurlanması üçün hackerlər müxtəlif üsullardan istifadə edirlər. Bura həmçinin fişinq (phishing) hücumlar, bu və ya digər infrastrukturun hack edilməsi də daxildir. Məlumata əsasən keçən il kriptovalyuta hackerləri üçün ən uğurlu il oldu. Belə ki, onlar keçən il ərzində ümumilikdə 3.8 milyard dollar dəyərində kriptovalyuta oğurlamışdılar. Bunun üçün onlar əsasən mərkəzləşdirilməmiş maliyyə protokollarından istifadə edirdilər. Bu prosesdə həmçinin Şimali Koreya ilə əlaqəli olan hackerlər də aktiv şəkildə iştirak etmişdilər.




DAHA ÇOX


Hər 10 mobil tətbiqdən 7-si istifadəçilər barəsində əlavə məlumatları yığır..

NordVPN servisinin mütəxəssisləri Android və iOS üçün nəzərdə tutulmuş 18 kateqoriyada müxtəlif tətb..


Casusluq məqsədli yeni proqram təminatı aşkar edilib

Hər bir istifadəçi internetdə “rəqəmsal izlər” buraxır və həmin rəqəmsal izlər əsasında ona hədəflən..


Telegram-da zərərli resursların sayı 5 dəfə artıb

Bu il Telegram-da fişinq (phishing) resursların sayı 5 dəfə çoxalıb.


Google Play ilə Galaxy Store-da saxta Signal və Telegram tətbiqləri aşkar edilib..

Google Play Market-də və Samsung-un tətbiqlər mağazası olan Galaxy Store-da Signal və Telegram messe..


Tesla-nın 75 000-dən çox müştərisinin konfidensial məlumatları sızdırılıb..

Almaniyanın Handelsblatt adlı saytı hələ may ayında Tesla şirkətinə müraciət edərək bildirmişdi ki, ..


Yeni nəsil Android viruslar qeyri-adi şəkildə antiviruslardan gizlənə bilirlər..

Məlum olub ki, yeni nəsil zərərli proqram təminatları qeyri-standart və ya çox güclü şəkildə təkmill..

×