Logo
    main-post-cover

    Spyhide adlı casus tətbiq 60 000-ə yaxın Android cihazdan məlumatları oğurlayır

    Təhlükəsizlik
    26.07.2023
    Emil
        Spyhide adlı casus tətbiqi bütün dünya üzrə 10 minlərlə Android cihazdan istifadəçilərin özəl məlumatlarını yığır. Sözügedən zərərli proqram təminatı İranda hazırlanıb və 2016-cı ildən aktivdir. Spyhide adlı zərərli proqram təminatı qurbanın smartfonuna əsasən onun yaxın bildiyi şəxs tərəfindən quraşdırılır. Belə ki, qurbanın yaxın bildiyi şəxs onun smartfonunun blokdan çıxarılması üçün nəzərdə tutulmuş şifrəsini böyük ehtimal bilməsi ehtimalı var. Spyhide smartfon daxilində çalışan zaman istifadəçi bu barədə məlumatlı olmur. Belə ki, sözügedən zərərli proqram təminatı öz ikonunu smartfonun ekranındakı ana səhifədən gizlədir. Smartfona quraşdırılandan sonra Spyhide qurbanın kontaktlarını, mesajlarını, fotolarını və geolokasiya məlumatlarını real zaman ərzində kənar şəxslərə ötürür.
    Paylaş
    Bənzər xəbərlər