main-post-cover

    Tarixin ən böyük məlumat sızıntısı: Hackerlər milyardlarla istifadəçi mesajını əldə ediblər

    Təhlükəsizlik
    10.10.2021
    Farid Pardashunas
        Dünyanın ən böyük telekommunikasiya operatorlarından biri olan Syniverse şirkəti özünə qarşı olmuş böyük kiberhücum barəsində xəbər verib. Baş vermiş hadisənin yarada biləcəyi problemlər düşünüldüyündən daha ciddi ola bilərlər. Belə ki, sözügedən kiberhücum nəticəsində olmuş məlumat sızıntısı artıq tarixin ən böyük məlumat sızıntısı statusunu əldə edib. Syniverse təmsilçiləri bildiriblər ki, kimliyi bilinməyən hacker şirkətin məlumatlar bazasını əldə edə bilib. Həmin məlumatlar bazasında isə şirkətin 235 müştərisinin məlumatı yer alıb. Həmin müştərilər arasında AT&T, Verizon, T-Mobile və s. şirkətlər var. Bu şirkətlər il ərzində 740 milyarddan çox mətnli mesajı emal edirlər.
        Syniverse şirkəti məlumat sızıntısının miqyası barəsində məlumat verməsə də bir və ya bir neçə hackerin bütün dünya üzrə milyonlarla və hətta milyardlarla istifadəçinin yazışmalarını əldə etdiyi ehtimal olunur. Güman olunur ki, hackerlər istənilən növ metaməlumatların analizini aparmaq qabiliyyətinə sahibdirlər. Bura edilmiş zənglərin davamlıqları və qiymətləri, mesajlar, telefon nömrələri, istifadəçilərin yerləşdikləri yerlər və mətnli mesajlar da daxildirlər. Bununla yanaşı Syniverse şirkətinin serverlərində həmçinin yazılı olan zənglər, videozənglər və digər konfidensial məlumatlar da olmuş ola bilərlər.
        Çox güman ki, bu kiberhücum end-to-end şifrələnmə funksiyasına sahib kənar messencerləri əhatə etməyib. Maraqlısı ondadır ki, hackerlər uzun illərdir ki, Syniverse şirkətinin serverlərinə daxil olma imkanına sahib olublar. 2016-cı ilin may ayından 2021-ci ilin may ayına kimi. Lakin bunu heç kim aşkar edə bilməyib. Baş vermiş kiberhücumun miqyası hələ tam şəkildə təyin edilməyib. Lakin potensial olaraq hackerlər Google, Microsoft, Twitter, Facebook və digər platformalardakı istifadəçi hesablarına girişləri də əldə etmiş ola bilərlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər