Reklam
TikTok daxilinə inteqrasiya edilmiş brauzer istifadəçinin veb səhifələrdəki əməliyyatlarını izləyir

TikTok daxilinə inteqrasiya edilmiş brauzer istifadəçinin veb səhifələrdəki əməliyyatlarını izləyir

Kibertəhlükəsizlik
22.08.2022 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə məlum oldu ki, Facebook Instagram-ın mobil versiyalarına inteqrasiya edilmiş brauzer adları sadalanmış sosial şəbəkələr vasitəsilə hər hansısa linkə daxil olan zaman açılmış səhifədə istifadəçinin bütün əməliyyatlarını izləyir. Bu məlumatı Felix Krause adlı kibertəhlükəsizlik mütəxəssisi vermişdi. İndi isə həmin şəxs bildirib ki, TikTok-a inteqrasiya edilmiş brauzerdə də izlənmə kodu aşkar edilib. Həmin kod istifadəçinin daxil olduğu hər bir veb səhifəyə inteqrasiya edilir. Nəticədə sözügedən izlənmə kodu virtual klaviatura vasitəsilə daxil edilən simvolları təyin edir və nəticədə əldə edilmiş məlumatları TikTok-un resurslarına ötürür.

    Felix Krause-nin sözlərinə əsasən TikTok-un iOS versiyası öz brauzeri üzərindən açılan bütün veb saytlarda daxil edilən mətnləri təyin edir. Bu cür mətnlər arasında şifrələr, bank kartlarının məlumatları və s. konfidensial məlumatlar ola bilər. Felix Krause TikTok administrasiyasının bu cür imkandan necə və hansı məqsədlərdə istifadə etdiyindən xəbərdar olmasa da, o, qeyd edib ki, bu, adətən zərərli proqram təminatlarının tərtibatçıları və operatorları tərəfindən istifadə edilən casusluq alətidir. Məsələnin mənfi tərəfi ondan ibarətdir ki, məşhur videoplatformada yerləşdirilmiş linklərə istifadəçi tərəfindən standart şəkildə seçilmiş brauzer vasitəsilə daxil olmaq mümkün deyil.


    Yəni bu cür imkanın seçilməsi özəlliyi TikTok-un ayarlarında yoxdur. Yeganə çıxış yolu linkləri kopyalayıb daha sonra onları ayrıca brauzerdə açmaqdır. TikTok administrasiyası öz növbəsində Felix Krause-nin bu bəyanatına reaksiya verib və bildirib ki, mütəxəssisin təqdim etmiş olduğu nəticələr doğru deyil və istifadəçilərdə yalnış fikirlər yaradır. TikTok təmsilçiləri qeyd ediblər ki, servisin sisteminə inteqrasiya edilmiş brauzerdəki kod sadəcə olaraq servisdəki səhvlərin aşkar edilməsi və onun ümumi performansının monitorinqi üçün istifadə edilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Telegram-ın yaradıcısı Pavel Durov: 'Whatsapp istənilən cihazı hackerlər üçün əl..

Telegram-ın yaradıcısı Pavel Durov öz bloqunda digər məşhur messencer barəsində fikirlərini bölüşüb...


Məşhur brauzerlərin sahib olduqları boşluqların sayı üzrə reytinq tərtib olunub..

Atlas VPN adlı VPN provayder müasir brauzerlərin təhlükəsizlik reytinqlərini tərtib edib.


Hackerlər Chrome brauzerinin faydalı funksiyasını məlumatların oğurlanması üçün ..

Kənar saytlarda login ilə şifrənin daxil edilməsi xahişi çox zaman istifadəçiləri şübhələndirir...


Lazımi sistem boşluğunu tapmaq üçün orta statistik hackerə 10 saatdan az vaxt la..

Bu prosesi daha sürətli şəkildə bulud sistemlərinin təhlükəsizliklərini test edən mütəxəssislər real..


Google öz istifadəçilərini şəxsi məlumatların internetdə ortaya çıxdıqları barəs..

Gələn ilin əvvəlindən başlayaraq Google şirkəti öz istifadəçilərinin konfidensial məlumatlarının int..


Whatsapp-da Android və iOS smartfonlarını hack etməyə imkan verən sistem boşluğu..

Whatsapp-ın rəsmi saytında CVE-2022-36934 identifikatorlu sistem boşluğu barəsində məlumat ortaya çı..

×