TikTok servisi smartfondan hansı məlumatları yığır?: SİYAHI

TikTok servisi smartfondan hansı məlumatları yığır?: SİYAHI

Kibertəhlükəsizlik
29.06.2020 PAYLAŞIM

    iOS 14-ün ilk beta versiyasında kənar tətbiqlər üçün çoxlu sayda məhdudlaşdırıcı proseslər ortaya çıxandan sonra bir sıra istifadəçi TikTok servisini casusluqda ittiham etdi. Bu barədə məlumatı bir neçə gün öncə yazdığımız xəbərdə qeyd etmişdik. Lakin Reddit istifadəçilərindən birinin sözlərinə əsasən TikTok məsələsində hər şey daha da bərbaddır. Belə ki, həmin istifadəçi məşhur servisin kodunu icələyəndən sonra qeyd edib ki, TikTok-un yığdığı məlumatlar bütün rekordları qırır. Bu barədə 4pda saytı xəbər verib.

    Reddit-in Bangorlol ləqəbli istifadəçisi TikTok-u kodlara ayırandan və onun alqoritmini incələyəndən sonra aşkar edib ki, servis bir çox sosial şəbəkələrin yığmadıqları məlumatları yığır. İstifadəçi yığılan məlumatların siyahısını təqdim edib. Servis əsasən smartfonun prosessor modeli, onun sahib olduğu nüvələrin sayı, ekran ölçüsü, yaddaş həcmi, smartfona quraşdırılmış və ya silinmiş tətbiqlər, IP ünvan, MAC ünvan, smartfonda root və ya jailbreak-in olub-olmaması ilə bağlı məlumatları yığır. Hətta Facebook, Twitter Instagram da daxil olmaqla bir çox digər sosial şəbəkələr bu cür məlumatları yığmırlar.


    Reddit istifadəçisinin sözlərinə əsasən TikTok servisi hər 30 saniyədən bir smartfonun yerləşdiyi yerin aşkar edilməsi barəsində sorğu göndərə bilər. Uzun müddət ərzində bütün bu məlumatlar şirkət serverlərinə qorunmayan HTTP protokolu üzrə göndərilirdi. Bundan əlavə olaraq Reddit istifadəçisi onu da qeyd edib ki, istifadəçi servis tərəfindən göndərilən sorğuların sayını izləməyə bşlayan zaman TikTok həmin sorğuların sayını aşağı salır və özünü elə aparır ki, sanki smartfonun GPS və məlumatlar mübadiləsi sistemi barəsində heç zaman maraqlanmayıb. TikTok təmsilçiləri Reddit istifadəçisinin bu bəyanatlarına şərh bildirməyiblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hackerlər iPhone 13 Pro-nu 1 saniyə ərzində hack ediblər

Tianfu Kuboku adlı 4-cü Beynəlxalq Kibertəhlükəsizlik Yarışı çərçivəsində hackerlərdən ibarət Pangu ..


Dələduzlar deepfake texnologiya vasitəsilə bankdan 35 milyon dollar oğurlayıblar..

Süni zəka sisteminin generasiya etdiyi səs simulyasiyası sayəsində cinayətkarlar Birləşmiş Ərəb Əmir..


Android əməliyyat sistemi çoxlu sayda konfidensial məlumatı kənar serverlərə ötü..

Edinburq Universitetinin və Dublin Triniti Kollecinin tədqiqatçıları Android cihazların çoxlu sayda ..


Tarixin ən böyük məlumat sızıntısı: Hackerlər milyardlarla istifadəçi mesajını ə..

Dünyanın ən böyük telekommunikasiya operatorlarından biri olan Syniverse şirkəti özünə qarşı olmuş b..


Android üçün olan yeni zərərli proqram təminatı vaksinasiya ilə bağlı SMS mesaj ..

Android üçün nəzərdə tutulmuş daha bir zərərli proqram təminatı mətnli mesajlar vasitəsilə yayılır...


Hackerlər Twitch-i hack edərək servisin konfidensial məlumatlarını oğurlayıblar..

Hackerlər məşhur Twitch servisini hack edərək internetə 125 GB həcmində məlumatlar bazasını yerləşdi..

×