TikTok öz istifadəçilərini izləmə ilə günahlandırılıb

TikTok öz istifadəçilərini izləmə ilə günahlandırılıb

Sosial Media
26.06.2020 PAYLAŞIM

    iOS əməliyyat sistemi çox zaman smartfona quraşdırılmış tətbiqlərə qarşı özünəməxsus siyasəti səbəbilə qınaq obyektinə çevrilir. Lakin baş vermiş yeni hadisədə bu özəllik hətta faydalı olub. Belə ki, iOS 14-ün beta versiya istifadəçiləri bu özəllik sayəsində məşhur TikTok servisinin istifadəçilər üzərində casusluq etdiyini aşkar ediblər. Bu barədə Ubergizmo saytı xəbər verib. iOS əməliyyat sisteminin sonuncu versiyasında istifadəçilər üçün tətbiqlərin cihazın müxtəlif elementləri barəsində məlumatın əldə edilməsinin qadağan olunması üzrə geniş imkanlar təqdim olunub.

TikTok


    Məsələn, əgər hansısa tətbiq smartfonunn GPS-dən və ya kamerasından istifadə etmək istəyirsə, sistem bu barədə istifadəçiyə bildiriş göndərir. İstifadəçi isə öz növbəsində buna razılıq və ya imtina verə bilər. iOS 14-də isə bu cür məhdudlaşdırıcı sistemlər daha çoxdur. iOS 14-ün beta versiyasını öz smartfonuna quraşdırmış TikTok istifadəçilərindən biri aşkar edib ki, bu məşhur servis tez-tez iPhone-nun mübadilə sisteminə (Clipboard - tətbiqlər arasında kopyalanma və ya köçürülmə üçün nəzərdə tutulmuş məlumatların müddətli saxlanma yeri) müraciət edir.

    Bu proses hətta istifadəçinin mübadilə sistemindən istifadə etmədiyi halda da baş verib. TikTok təmsilçiləri artıq bu məsələyə reaksiya veriblər. Onlar qeyd ediblər ki, bu, istifadəçilərin izlənməsi ilə deyil, spamlardan qorunma sisteminin iş prosesi ilə bağlıdır. Tərtibatçılar TikTok-un yeni versiyasında bu funksiyanın deaktiv ediləcəyinə söz veriblər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da fake mesajların yoxlanması imkanı yaradılıb: Yeni funksiya necə çalı..

Son yenilənmə ilə Whatsapp messenceri bəzi regionlar üçün daha bir faydalı funksiya əldə edib. Bu fu..


Google şirkəti Maps servisinin daxilində sosial şəbəkə yaradıb

Bir çoxları Google Maps-dən naviqasiya və lazımi yerlər barəsində məlumatların əldə olunması üçün is..


Telegram-a böyük yenilənmə gəlib: Yeni funksiyalar nələrdir?

Telegram tərtibatçıları mesencerin yeni versiyasını təqdim ediblər. Yeni versiya çoxdan gözlənilən b..


Yenilənmiş Whatsapp-da hansı funksiyalar reallaşdırılacaq?

Whatsapp messenceri yaxın zamanda yeni funksiyalara sahib olacaq.


Facebook Messenger-in iOS versiyasına əlavə təhlükəsizlik funksiyası əlavə edili..

Facebook özünün Messenger-i üçün əlavə təhlükəsizlik funksiyasını anons edib.


ABŞ hökuməti TikTok-u öz regionunda bloklaya bilər

Donald Trump administrasiyası Çinin ByteDance şirkətini (TikTok servisinin sahibi) öz qara siyahısın..

×