Logo
    main-post-cover

    Twitter-in mənbə kodu GitHub-a sızdırılıb

        New York Times-ın verdiyi məlumata əsasən Twitter-in mənbə kodunun bir hissəsi heç gözlənilmədən GitHub-da ortaya çıxıb. Bura həmçinin sosial şəbəkənin bəzi daxili alətləri də daxildir. Twitter GitHub rəhbərliyinə müraciət edərək bunun baş verməsində günahlı olan şəxsin tapılmasını tələb edib. Məlumatda qeyd edilib ki, ortaya çıxmış mənbə kodu bir neçə ay ərzində GitHub daxilində açıq şəkildə mövcud olub. Sosial şəbəkənin mənbə kodunun bir hissəsini GitHub-a yerləşdirmiş şəxsin adı bilinmir. Lakin onun GitHub-dakı ləqəbi FreeSpeedEnthusiast-dır.
        Ortaya çıxmış mənbə kodunun GitHub-dan silinmə tələbi ilə yanaşı mənbə kodunun sızıdırılmasında günahlı olan şəxsin və sızdırılmış mənbə kodunu potensial olaraq yükləmiş istifadəçilərin kimliklərinin təyin olunması istiqamətində sosial şəbəkə məhkəmə iddiası qaldırıb. GitHub təmsilçilərinin bu cür tələbləri yerinə yetirib-yetirməyəcəkləri aydın deyil. Twitter təmsilçilərinin fikirlərinə əsasən sosial şəbəkənin mənbə kodunun bir hissəsini daha öncə şirkət daxilində ixtisar edilmiş işçilərdən sızdırmış ola bilər. Qeyd etmək lazımdır ki, mənbə kodu ən vacib kommersiya sirlərindən biri hesab edilir. Onun sızdırılması öz növbəsində bu və ya digər məhsulun proqram təminatında boşluqların yaranmasına və rəqiblərin məhsul üzərində üstünlüklər qazanmasına səbəb ola bilər.
    Paylaş
    Bənzər xəbərlər