main-post-cover

    Whatsapp-ın Android versiyasında çatların hackerlər tərəfindən ələ keçirilməsi təhlükəsi var

    Təhlükəsizlik
    18.04.2021
    Emil Nəcəfov
        Android əməliyyat sistemi vasitəsilə çalışan smartfonlar uzaqdan hack olunma təhlükəsi qarşısında qalıblar. Belə ki, Android-də Whatsapp-ın 2.21.4.18-ə kimi olan versiyalarında mövcud olan özəlliklər hackerlərə çatları ələ keçirmək və ya messencerdə şəxslər arasında olan dialoqlara birbaşa qarışmaq imkanını verirlər. Məlumatda qeyd edilib ki, Android-də Whatsapp-ın 2.21.4.18-ə kimi olan versiyaları kənar tətbiqlərə Whatsapp TLS 1.2 kriptoqrafik materialları əldə etmək şəraitini yaradırlar. Belə ki, həmin kriptoqrafik materiallar konkret tətbiqlər üçün xarici yaddaş sistemində mövcud olublar.
        Android 9 və daha əvvəlki Android versiyalarında kriptoqrafik materiallar READ_EXTERNAL_STORAGE və ya WRITE_EXTERNAL_STORAGE icazəsinə sahib istənilən tətbiq üçün açıq şəkildə təqdim olunurlar. Hackerlər isə bu cür boşluqdan istifadə edərək istifadəçilərin çatlarını ələ keçirdə və çatlardakı insanlar arasındakı ünsiyyətə birbaşa qarışa bilərlər. Mütəxəssislər Android smartfonlardan istifadə edənlərə Whatsapp-ı 2.21.4.18-ə və ya daha sonrakı versiyaya kimi yeniləməyi məsləhət görürlər.
    Linki kopyala