main-post-cover

    Whatsapp istifadəçilərinin şəxsi mesajları kənar şirkət tərəfindən oxunulur

    Təhlükəsizlik
    08.09.2021
    Emil Nəcəfov
        ProPublica adlı qeyri kommersiya təşkilatının apardığı irimiqyaslı araşdırma nəticəsində Whatsapp-ın çalışma özəllikləri barəsində məlumatlar ortaya çıxıb. Belə ki, məlum olub ki, sözügedən messencer daxilində olan bəzi mesajlar moderasiyadan keçmək üçün şifrələnməmiş şəkildə kənar şirkətə ötürülür. Whatsapp-da istənilən istifadəçi bu və ya digər mesajda qəbuledilməz kontentin olduğunu və ya mesajın messencer qaydalarını pozduğunu düşünərsə, o, həmin mesaj barədə şikayətini bildirə bilər. Məlum olub ki, bu cür mesajlar ilk öncə süni zəkaya ötürülür. Süni zəka isə öz növbəsində mövcud mesajın servis qaydalarını pozub-pozmadığını təyin edir. Daha sonra isə potensial təhlükəli mesajlar Accenture adlı şirkətin moderatorlarına göndərilir.
        Məlumatda qeyd edilib ki, Accenture şirkətinin 1000-ə yaxın moderatoru bu cür mesajların yoxlanması ilə məşğul olur. 1000-ə yaxın moderator şirkətin bütün dünya üzrə 3 ofisində yerləşir. Ofislərdən biri ABŞ-ın Ostin şəhərində, ikincisi İrlandiyanın Dublin şəhərində, üçüncüsü isə Sinqapurda yerləşir. Məlumata əsasən potensial təhlükə daşıyan mesajlar sözügedən şirkətə ötürülən zaman Whatsapp onların sahib olduqları end-to-end şifrələnməni aradan qaldırır. Bundan əlavə olaraq messencer metaməlumatları da silmir. Bu metaməlumatlara həmçinin mesajların sayı, onların göndərilmə vaxtları və messencer daxilində edilmiş zənglərin davamlılığı da var.
        Təqdim edilmiş hesabata əsasən Accentura şirkətinin moderatoru 1 dədiqə ərzində bu və ya digər mesaj daxilində dələduzluq, spam, uşaq pornoqrafiyası və ya terrorçuluq niyyətləri kimi faktorların olub-olmadığını təyin edir. Bununla yanaşı 1 moderator öz iş qrafiki ərzində 600-ə yaxın mesajı yoxlamalıdır. Nəticədə hər bir moderator 1 iş saatına görə 16.5$ qazanır. Məlumatda qeyd edilib ki, istifadəçi bu və ya digər mesaj barəsində şikayət göndərən zaman o, məlumatların ötürülməsinə razı olur. Lakin Whatsapp tərtibatçıları və Facebook şirkətinin CEO-su Mark Zuckerberg dəfələrlə bildiriblər ki, onlar messencer daxilində göndərilmiş mesajları oxuya bilmirlər.
    Linki kopyala