main-post-cover

    Windows kompüterlərdə faylları şifrələyən yeni virus aşkar edilib

    Təhlükəsizlik
    11.07.2023
    Farid Pardashunas
        FortiGuard Labs adlı İT şirkətin tədqiqatçıları bir neçə müddət bundan öncə aşkar edilmiş yeni zərərli proqram təminatı barəsində hesabatı təqdim ediblər. Aşkar edilmiş yeni zərərli proqram təminatı Big Head adını əldə edib. Onun əsas özəlliyi kompüterin sisteminə daxil olan zaman qeyri-adi şəkildə maskalanmağındadır. Belə ki, sözügedən zərərli proqram təminatı işə düşən zaman o özünü Windows üçün nəzərdə tutulmuş kritik yenilənmə kimi təqdim edir. İşə düşəndən sonra Big Head kompüter ekranında Windows yenilənməsinin quraşdırılması üçün olan ekran interfeysinə bənzəyən görüntünü əks etdirir.
        Lakin əslində isə arxa fonda zərərli proqram təminatı kompüterdəki faylları şifrələməyə başlayır. Məlumatda qeyd edilib ki, bütün bu porosesin yerinə yetirilməsi üçün 30 saniyə vaxt lazım olur. Adətən bu müddət ərzində istifadəçi əslində nəyin baş verdiyini tam anlamır. Bu zərərli proqram təminatının Variant B adlı alternativ versiyası da mövcuddur. Alternativ versiya kompüterdəki faylların şifrələnməsi istiqamətində PowerShell üçün olan skriptdən istifadə edir. İstifadəçilərə öz kompüterlərinə faylların yüklənmələri zamanı daha diqqətli olmaq və müasir antivirus tətbiqlərindən istifadə etmək məsləhət görülür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər