main-post-cover

    Wormhole adlı kriptoplatformanın hack edilməsi sayəsində hackerlər 320 milyon dollar vəsait oğurlayıblar

    Təhlükəsizlik
    03.02.2022
    Farid Pardashunas
        Mərkəzləşdirilməmiş maliyyə (DeFi) xidmətlərini təklif edən Wormhole adlı kriptoplatformanın hack edilməsi sayəsində hackerlər 320 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar. Bu, kriptovalyuta oğurluğu üzrə indiyənə kimi olmuş dördüncü ən böyük hadisədir. Kriptoplatformanın administrasiyası Twitter-də bu hadisənin olduğunu təsdiqləyib və bildirib ki, hackerlər eksploytdan istifadə edərək platformanı hack ediblər və 120.000 Ethereum oğurlayıblar. Elliptic adlı analitik şirkətin irəli sürmüş olduğu versiyaya əsasən hackerlər saxta yolla 94.000 wETH tokeni yaradıblar. Daha sonra həmin tokenlər Ethereum-a konvertasiya ediliblər. Rəsmi məlumata əsasən platformanın sistem boşluğu aradan qaldırılıb.
        Lakin onun iş prosesi hələ də bərpa mərhələsindədir. Qeyd etmək lazımdır ki, DeFi platformalar istifadəçilərə kreditlər və depozitlər kimi maliyyə xidmətlərini təklif edirlər. Lakin onlar bu maliyyə əməliyyatlarını kriptovalyutalar üzərindən reallaşdırırlar. Buna görə də bu məsələdə bankların iştirakına ehtiyac qalmır. Kriptovalyutaların məşhurlaşması öz növbəsində DeFi platformalara marağı artırdı. Belə ki, onlar ənənəvi banklar ilə müqayisədə daha sərfəli şərtləri təklif edirlər. Buna baxmayaraq çoxlu sayda boşluq sayəsində bu cür platformalar hackerlərin diqqətlərini cəlb edirlər. Elliptic şirkətinin məlumatına əsasən keçən il hackerlər DeFi platformalardan ümumilikdə 10 milyard dollar vəsait oğurlayıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər