Logo
    main-post-cover

    Yanvar-may aylarında dövlət qurumlarına qarşı 419 kiberhücum indikatoru aşkarlanıb

        Bu ilin yanvar-may aylarında dövlət qurumlarına qarşı 419 kiberhücum indikatoru (IOC) müəyyən edilərək bloklanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% azdır.
        Technote.az xəbər verir ki, aşkarlanan 419 kiberhücumun 290-ı daxili araşdırmalar, 132-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin təhlili nəticəsində müəyyən olunub. Bütün aşkarlanan təhdidlər bloklanıb.
        Təkcə may ayında 51 kiberhücum indikatoru qeydə alınıb. Bu rəqəm ötən ilin müvafiq ayı ilə müqayisədə 38% azalma deməkdir.
        Məlumata görə, 2025-ci il ərzində dövlət qurumlarına qarşı ümumilikdə 850 kiberhücum qeydə alınıb. Onların 372-si daxili araşdırmalar, 478-i isə daxil olmuş insidentlərin təhlili əsasında aşkarlanaraq zərərsizləşdirilib.
        Statistika dövlət qurumlarına yönələn kiberhücumların monitorinqi və qarşısının alınması istiqamətində aparılan fəaliyyətin nəticələrini əks etdirir. 419 IOC-un aşkarlanması və bloklanması kibertəhdidlərə qarşı operativ reaksiya imkanlarını göstərir.
    Paylaş