Logo
    main-post-cover

    Yeni kiberdələduzluq üsulu ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib

        Son dövrlər dünyada yeni kiberdələduzluq üsulu yayılmağa başlayıb. Dələduzlar ictimai yerlərdə müxtəlif bəhanələrlə vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəyərək onların biometrik məlumatlarını ələ keçirməyə çalışırlar.
        Technote.az xəbər verir ki, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşların səs, üz görüntüsü və toxunuş məlumatları qeydə alınaraq sonradan dələduzluq məqsədilə istifadə edilə bilər.
        Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları şəxslərin mobil telefonlarına toxunmamağı tövsiyə edir. Həmçinin naməlum şəxslərin telefonlarında heç bir təsdiq əməliyyatı aparmamaq tövsiyə olunur.
        Qurumun xəbərdarlığında kamera və ya səsli təsdiq tələb edən hallarda ehtiyatlı davranmağın vacibliyi vurğulanıb. Vətəndaşlara şəxsi və biometrik məlumatlarını üçüncü şəxslərlə paylaşmamaq çağırışı edilib.
        Bununla yanaşı, yaşlı şəxslərin və azyaşlıların da bu üsullar barədə məlumatlandırılması tövsiyə olunur. Şübhəli hallarla qarşılaşdıqda Elektron Təhlükəsizlik Xidmətinin [email protected] elektron poçt ünvanına və ya “1654” qaynar xəttinə müraciət etmək xahiş edilir.
    Paylaş
    Bənzər xəbərlər