Yeni virus fotolardan istifadəçilərin konfidensial məlumatlarını oğurlayır
Təhlükəsizlik
01.08.2023
Emil Nəcəfov
Son illərdə dələduzlar istifadəçilərin konfidensial məlumatlarını oğurlamağa hədəflənmiş çoxlu sayda üsul fikirləşiblər. Bu cür üsullardan biri də CherryBlos adlı zərərli proqram təminatıdır. Sözügedən zərərli proqram təminatı şifrələrin və ya digər vacib məlumatların olub-olmamasını təyin etmək üçün istifadəçinin fotolarını skan etmək istiqamətində simvolların optik tanınmasından (OCR) istifadə edir. CherryBlos Android üçün nəzərdə tutulmuş tətbiq şəklində maskalanır.
Smartfona quraşdırılan bu cür rəsmi tətbiq tərkibində CherryBlos istifadəçidən kritik vacib funksiyaların istifadəsi icazəsini tələb edir. Bu üsul ilə zərərli proqram təminatı istifadəçinin cihazı üzərindəki idarəni əldə edir. Bununla belə bu cür proqram təminatının işini dayandırmaq qeyri-mümkündür. Məlumatda qeyd edilib ki, CherryBlos mətnlərin tanınması özəlliyinə də sahibdir.
Bu üsul ilə zərərli proqram təminatı istifadəçinin fotolarında ola biləcək vacib məlumatları əldə edə bilir. Məsələ burasındadır ki, kriptovalyuta portmanatlarının çoxu bərpa olunma üçün nəzərdə tutulmuş ayrıca şifrəyə sahib olurlar. Həmin şifrə istifadəçinin öz elektron portmanatının əsas şifrəsini unutduğu halda lazım olur. Bu cür şifrələr isə istifadəçilər tərəfindən adətən screenshot fotolar şəklində saxlanılır. CherryBlos isə öz növbəsdində fotoları skan edərək bu şifrələri əldə edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
iPhone 16 Pro Max-ın maya dəyəri məlum olub
HBO-dan tarixi bir açıqlama: Bitcoin-in qurucusunun kim olduğunu müəyyən etdik!