main-post-cover

    2021-ci ildə texnoloji investorlar NFT startaplara 90 milyon dollar vəsait yatırıblar

    Tech-Biznes
    Maliyyə və investisiya
    e-ticaret
    29.03.2021
    Emil Nəcəfov
        2021-ci ildə texnoloji investorlar kolleksiya yığımı üçün olan rəqəmsal obyektlər ilə NFT tokenlər yaradan şirkətlərə ümumilikdə 90 milyon dollar vəsait yatırıblar. Vençur kapitalistlər NFT sahəsində fəaliyyət göstərən startapları aktiv şəkildə dəstəkləyirlər. 2021-ci ildə əvəz edilməyən tokenlərin məşhurluqları kriptovalyutaların qiymətləri ilə birlikdə ani olaraq qalxdı. NFT unikal virtual obyektin sahibliyini izləməyə imkan verən rəqəmsal aktiv növüdür.
        Unikal virtual obyektlərə misal olaraq blockchain texnologiyasının istifadəsi sayəsində yaradılmış sənət əsərini və ya kolleksiya yığımı üçün nəzərdə tutulmuş digər obyekti gətirmək olar. Bu il NFT şirkətlər 3 dəfə daha çox gəlir (90 milyon dollar) əldə ediblər. Məlumata əsasən 2020-ci ildə NFT tranzaksiyalarının ümumi dəyəri 250 milyon dollar təşkil etmişdi. Lakin son 1 ay ərzində NFT tranzaksiyalarının ümumi dəyəri 220 milyon dolları keçib. Hələ bir neçə müddət bundan öncə Twitter-in yardıcısı Jack Dorsey öz ilk tweet-ni 2.9 milyon dollara satmışdı.
    Linki kopyala