Reklam
SpaceX yeni investisiyalar əldə edərək öz bazar dəyərini daha da yüksəldib

SpaceX yeni investisiyalar əldə edərək öz bazar dəyərini daha da yüksəldib

Maliyyə və investisiya
15.06.2022 PAYLAŞIM

    Növbəti maliyyələşdirmə raundu çərçivəsində SpaceX şirkəti 1.68 milyard dollar investisiya cəlb edib. Bu, şirkətin ilk əvvəl planlaşdırdığı məbləğdən bir qədər aşağı olub. Lakin buna baxmayaraq SpaceX-in bazar dəyəri 125 milyard dollara yüksəlib. Verilmiş məlumata əsasən SpaceX şirkəti səhmlərini 74 investordan ibarət qrupa satıb. İlk əvvəl şirkət hal hazırki investisiya raundu çərçivəsində 1.72 milyard dollar investisiya əldə etməyi planlaşdırırdı. Bununla belə yeni investisiylar sayəsində şirkət öz bazar dəyərini 125 milyard dollara yüksəldib.

    Qeyd etmək lazımdır ki, daha öncə şirkətin bazar dəyəri 100 milyard dollar təşkil edirdi. Əldə edilmiş vəsaitlər sayəsində şirkət Starlink peyk interneti layihəsinin reallaşdırılmasını davam etdirə biləcək. Qeyd etmək lazımdır ki, bu layihə çərçivəsində şirkət Yer kürəsinin aşağı orbitinə kiçik ölçülü telekommunikasiya peyklərini yerləşdirir və həmin peyklər sürətli internet bağlantısını təmin edirlər. Bundan əlavə olaraq SpaceX həmçinin Starship raketi üzərində çalışmağa davam edir. Onun ilk orbital uçuş testinin yaxın zamanda baş verməsi gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ukrayna kriptovalyutaları rəsmi şəkildə leqallaşdırıb

Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən imzalanmış virtual aktivlər barəsində qanun Ukrayna ..


Bill Gates iqlim dəyişikliyi ilə mübarizə üçün 1.5 milyard dollar vəsait ayıraca..

Bill Gates-in investisiya fondu CO2 emissiyasının aşağı salınması üçün ABŞ hökuməti ilə olacaq birgə..


Bolt taksi servisi 713 milyon dollar investisiya əldə edib

Estoniyanın məşhur taksi servisi olan Bolt 713 milyon dollar investisiya əldə edib. Beləliklə o öz b..


Elon Musk-ın bir bəyanatı Ethereum-un qiymətinin qalxmasına səbəb olub

B-Word adlı konfransda çıxış edən zaman Elon Musk yenidən kriptovalyuta mövzusuna toxunub.


Afrikada dünyanın ən böyük bitcoin fırıldaqçılığı reallaşdırılıb

Africrypt adlı kriptovalyuta platformasını yaratmış CAR (Cənubi Afrika Respublikası) vətəndaşları Am..

×