Logo
    main-post-cover

    3 qat qatlana bilən Huawei Mate XT-nin qara gövdə rəngində fotosu ortaya çıxıb

    Cihazlar+
    09.09.2024
    Emil
         Huawei şirkətinin Mate XT adlı 3 qat qatlana bilən smartfonunun artıq sabah təqdim olunacağına baxmayaraq onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Az əvvəl biz xəbər verdik ki, bu yeni qatlana bilən smartfonun JD.com saytında artıq ön sifarişlərinə start verilib. İndi isə Huawei Mate XT-nin qara rəngdə gövdəyə sahib versiyasının fotosu ortaya çıxıb. Smartfonun qırmızı gövdəyə sahib versiyası kimi qara gövdəyə sahib versiyası da arxa paneldən süni dəri ilə örtülü olacaq. Bununla yanaşı smartfon qızılı rəngdə çərçivələrlə əhatə olunacaq. Huawei Mate XT-nin yeni Kirin prosessoru vasitəsilə çalışacağı və 50 MP + 50 MP + 50 MP + 50 MP dördlü arxa kamera ilə təchiz olunacağı gözlənilir.
    Paylaş