Logo
    main-post-cover

    ABŞ xarici robotlara qadağanı genişləndirdi

    Cihazlar+
    30.07.2026
    Sevinj
        ABŞ Federal Rabitə Komissiyasının (FCC) xaricdə istehsal olunan robotlara tətbiq etdiyi yeni məhdudiyyətlərin robot tozsoranlara da şamil olunduğu məlum olub. Qaydaların əhatə dairəsi əvvəlcə düşünüldüyündən daha genişdir. FCC-nin tərifinə görə, “qabaqcıl robot cihazı” proqram təminatı ilə idarə olunan, ətraf mühiti qavraya bilən, yer üzərində hərəkət edən, simsiz bağlantıya malik və dok stansiyası ilə birlikdə çəkisi 4,4 funtdan çox olan avtonom cihazdır. Bu tərif müasir robot tozsoranların böyük hissəsini əhatə edir.
    The FCC bans all robot vacuums made outside the U.S. | Mashable
        Yeni qaydalara əsasən, ABŞ-də artıq satışda olan xarici istehsallı robot tozsoranların satışına davam etmək mümkün olacaq. Bu qərar robot tozsoran bazarına ciddi təsir göstərə bilər. Çünki ABŞ-də satılan bu cihazların böyük hissəsi ölkə xaricində istehsal olunur. Xüsusilə Dreame və Roborock kimi Çin şirkətləri yeni modellərini ABŞ bazarına çıxarmaq üçün əlavə icazə prosedurlarından keçməli ola bilərlər. Məhdudiyyətin əsas səbəblərindən biri təhlükəsizlik riskləridir. Müasir robot tozsoranlar kameralar, sensorlar və digər texnologiyalar vasitəsilə evin daxilinin xəritəsini yarada, internetə qoşula və məlumat emal edə bilir. Bu isə xarici istehsallı cihazların topladığı məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradır.
     
    Paylaş