Logo
    main-post-cover

    Acer Nitro GA321QK P gaming monitoru təqdim edilib

    Cihazlar+
    16.05.2025
    Emil
         Acer şirkəti Nitro GA341CUR W0 ilə yanaşı daha bir gaming monitorunu təqdim edib. Şirkətin təqdim etmiş olduğu ikinci yeni gaming monitoru Acer Nitro GA321QK P adlanır. Beləliklə bu yeni monitor 165 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 31.5 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir sRGB rəng diapazonunu 99%-ni əhatə edir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB Type-C, USB 2.0 girişlərini və 5 vatt gücündə iki ədəd səsgücləndiricini əldə edib. Acer Nitro GA321QK P-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş