Logo
    main-post-cover

    Amazon dronu sifarişi ünvana deyil, hovuza çatdırdı

    Cihazlar+
    21.08.2026
        Amazon-un Prime Air dronla çatdırılma xidməti ABŞ-də maraqlı hadisə ilə gündəmə gəlib. Sosial şəbəkələrdə yayılan viral videoda şirkətin çatdırılma dronunun sifariş edilən bağlamanı müştərinin həyətindəki isti su hovuzuna atdığı görünür. Hadisə ABŞ-nin Texas ştatının Riçmond şəhərində baş verib. Cəmi 11 saniyəlik videoda Amazon Prime Air dronu həyətin üzərində dayanır və çatdırılma bölməsini açaraq bağlamanı aşağı buraxır. Lakin bağlama nəzərdə tutulan yerə deyil, birbaşa həyətdəki isti su hovuzuna düşür.
        Görüntüləri çəkən şəxsin dronun hərəkətini izlədiyi və bağlamanın suya düşməsinə təəccüblə reaksiya verdiyi eşidilir. Video qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Hadisə Amazon-un Prime Air xidmətini ABŞ-də daha geniş əraziyə yaymağa hazırlaşdığı bir vaxta təsadüf edir. Şirkət bu yaxınlarda dronla çatdırılma xidmətini Çikaqo, Sirakuz, Klivlend, Atlanta və Boyse daxil olmaqla 500-dən çox yeni şəhər və yaşayış məntəqəsinə genişləndirməyi planlaşdırdığını açıqlayıb.
        Amazon nümayəndəsi Lindsay Hamilton hadisə ilə bağlı bildirib ki, bu cür problemlər olduqca nadir hallarda baş verir. Şirkətin sözlərinə görə, uğursuz çatdırılma hallarından əldə edilən məlumatlar xidmətin təkmilləşdirilməsi və oxşar hadisələrin qarşısının alınması üçün istifadə olunur. Amazon həmçinin belə hallarda müştərilərin zərərinin qarşılandığını vurğulayıb. Bağlama gözlənildiyi kimi çatdırılmadıqda müştəriyə pulun geri qaytarılması və ya məhsulun yenidən göndərilməsi təklif edilə bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...