Logo
    main-post-cover

    Amazon Echo Hub üçün böyük yeniləmə!

    Cihazlar+
    12.06.2026
    Sevinj
        Amazon ağıllı ev idarəetmə paneli olan Echo Hub üçün yeni proqram yeniləməsini istifadəyə verib. Pulsuz təqdim olunan yeniləmə cihazın əsas ekranını tamamilə yeniləyərək istifadəçilərə daha rahat və fərdiləşdirilə bilən idarəetmə imkanı təqdim edir.
        Yeni interfeys sayəsində istifadəçilər artıq əsas ekranı öz ehtiyaclarına uyğun şəkildə qura bilirlər. Bölmələrin ölçüsünü dəyişmək, onları istənilən yerə yerləşdirmək və ən çox istifadə olunan cihazları daha böyük plitələr şəklində göstərmək mümkün olub. Bununla yanaşı, ağıllı ev məlumatları əvvəlki versiyaya nisbətən daha səliqəli və daha çox məlumatı eyni anda ekranda göstərir.
    A small touchscreen tablet on a counter next to some flowers.
        Yeniləmənin diqqətçəkən yeniliklərindən biri də Ring AI Video Search funksiyasının Echo Hub-a inteqrasiya edilməsidir. Bu xüsusiyyət istifadəçilərə təbii dildə sorğu yazaraq təhlükəsizlik kameralarının qeydlərində istədikləri hadisələri axtarmağa imkan verir. Bundan əlavə, Alexa Plus süni intellekti kameraların qeydə aldığı hadisələrin qısa xülasəsini də təqdim edə bilir.
        Amazon yeniləmə çərçivəsində bir neçə yeni funksiyanı da istifadəyə verib. İstifadəçilər cihazları otaqlara və ya funksiyalarına görə qruplaşdıra, yeni qruplar yarada, həmin qrupları həm səsli əmrlərlə, həm də tətbiq vasitəsilə idarə edə bilirlər. Bundan başqa, hər bir cihaz üçün daha detallı idarəetmə seçimləri əlavə olunub. Məsələn, işıqlandırma sistemlərində parlaqlıq səviyyəsini 0-100 % aralığında tənzimləmək, uyğun lampalarda rəng seçmək və enerji düyməsi ilə bir toxunuşla cihazı aktiv və ya passiv etmək mümkündür.
    Paylaş