Logo
    main-post-cover

    Amazon Globalstar-ı almağa hazırlaşır

    Cihazlar+
    02.04.2026
    Sevinj
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Amazon-un Apple cihazlarında istifadə olunan “SOS via Satellite” funksiyasını təmin edən Globalstar şirkətini almaq üçün danışıqlar apardığı bildirilir.
        Məlumata görə, Apple 2024-cü ildə Globalstar-da 20 % pay alıb və şirkətin peyk infrastrukturuna təxminən 1,1 milyard dollar sərmayə qoyub. Bu səbəbdən Apple hazırda potensial satış prosesində birbaşa tərəf kimi iştirak edir.
         Globalstar-ın peykləri iPhone 14 ilə təqdim edilən və sonradan Apple Watch Ultra 3-də də istifadəyə verilən fövqəladə SOS funksiyasının əsasını təşkil edir. Bu xidmət istifadəçilərə mobil şəbəkə olmayan ərazilərdə belə təcili yardım siqnalı göndərməyə imkan verir.
        Amazon-un bu şirkəti almaq istəyi bəzi suallar doğurur. İlk baxışdan belə görünə bilər ki, Apple bu infrastrukturu tam nəzarətə götürmək istəyərdi. Lakin peyk biznesi böyük texniki və əməliyyat məsuliyyətləri tələb etdiyindən, Apple-ın bu sahəyə tam daxil olmaq istəmədiyi ehtimal edilir.
        Hazırda “SOS via Satellite” xidməti yeni iPhone və Apple Watch istifadəçiləri üçün aktivləşdirildikdən sonra 2 il müddətinə pulsuz təqdim olunur. Bu müddətdən sonra xidmətin ödənişli olub-olmayacağı və qiymət siyasəti ilə bağlı isə hələ heç bir rəsmi məlumat yoxdur.
        Əgər Amazon Globalstar-ı satın alsa, bu, peyk infrastrukturuna əlavə investisiyalar gətirə bilər. Digər tərəfdən, Apple artıq Amazon-un bulud xidmətlərindən istifadə etdiyinə görə, iki texnologiya nəhənginin əməkdaşlığı davam edə bilər.
        Nəticə etibarilə, bu potensial razılaşma Apple istifadəçiləri üçün həm risk, həm də imkanlar yaradır. Əsas məsələ isə Apple-ın Globalstar şəbəkəsinə çıxışını qoruyub-qoruyamayacağıdır.
    Paylaş