Amazon internet kəsintilərinə qarşı yeni həll təqdim etdi
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Amazon-a məxsus eero şirkəti internet kəsintiləri zamanı bağlantını davam etdirmək üçün yeni eero Signal 4G LTE cihazını təqdim edib. Qiyməti 99.99 dollar olan cihaz, eero abunəliyi olan istifadəçilər üçün avtomatik ehtiyat internet bağlantısı rolunu oynayır.
Yeni eero Signal, Wi-Fi 6 və ya daha yeni standartı dəstəkləyən USB-C girişli eero qurğularına qoşulur. Əsas internet xətti kəsildikdə cihaz avtomatik olaraq mobil şəbəkəyə (4G LTE) keçir, bağlantı bərpa olunduqda isə yenidən gözləmə rejiminə qayıdır. İstifadəçi heç bir əlavə müdaxilə etmədən fasiləsiz internetdən yararlana bilir.
Bu həll xüsusilə evdən işləyənlər, təhlükəsizlik sistemlərinin daim onlayn qalmasına ehtiyac duyanlar və tez-tez internet kəsintisi yaşanan bölgələrdə yaşayanlar üçün nəzərdə tutulub.
Mobil şəbəkə yalnız zəruri hallarda istifadə edildiyi üçün abunə qiymətləri standart 4G LTE planları ilə müqayisədə daha sərfəlidir. İstifadəçilər iki seçim arasında qərar verə bilərlər:
• İllik 99.99 dollarlıq eero Plus planı (10 GB ehtiyat trafik)
• İllik 199.99 dollarlıq eero Plus 100 planı (100 GB trafik)
• İllik 99.99 dollarlıq eero Plus planı (10 GB ehtiyat trafik)
• İllik 199.99 dollarlıq eero Plus 100 planı (100 GB trafik)
Hər iki plan cihaz alındıqda ilkin mərhələdə endirimli qiymətlə təklif olunur.
Şirkət ilin sonuna qədər 199.99 dollara başa gələcək 5G versiyasını da bazara çıxarmağı planlaşdırır. Bundan əlavə, eero Signal cihazı gələcəkdə eero Business plan istifadəçiləri üçün də əlçatan olacaq.
Paylaş