Logo
    main-post-cover

    Amazon Luna üçüncü tərəf oyun satışlarını dayandırır

    Cihazlar+
    13.04.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Amazon-un bulud oyun platforması olan Amazon Luna istifadəçilər üçün vacib bir dəyişiklik elan edib. Şirkət bildirib ki, artıq platforma üzərindən üçüncü tərəf oyunların ayrıca satın alınması və əlavə abunəliklər əldə etmək mümkün olmayacaq. Yeni qərar 10 iyun 2026-cı il tarixindən qüvvəyə minəcək.
    STKB369_LUNA_A
        Bu dəyişiklik nəticəsində istifadəçilərin əvvəllər Luna vasitəsilə aldıqları EA, Ubisoft və GOG oyunları artıq platformada görünməyəcək. Lakin həmin oyunlar tamamilə itmir. İstifadəçilər onları alış zamanı bağladıqları Electronic Arts EA, Ubisoft Ubisoft və ya GOG GOG hesabları vasitəsilə digər platformalarda oynaya biləcəklər.
        Bununla yanaşı, Amazon Luna artıq Ubisoft PlusJackbox Games abunəliklərini də dəstəkləməyəcək. Aktiv olan bu tip abunəliklər cari ödəniş dövrü tamamlandıqdan sonra avtomatik ləğv ediləcək. Platformanın “Bring Your Own Library” funksiyası da bağlanır. Bu xüsusiyyət istifadəçilərə öz digər mağazalardan aldıqları oyunları Luna üzərindən oynamağa imkan verirdi.
        Ən diqqətçəkən məqamlardan biri isə odur ki, Amazon bu dəyişikliklə bağlı istifadəçilərə geri ödəniş etməyəcəyini açıqlayıb. Yəni Luna üzərindən alınmış üçüncü tərəf oyunlara görə pul qaytarılmayacaq. Qeyd edək ki, Amazon Luna 2020-ci ildə bazara çıxaraq Microsoft Xbox Cloud Gaming və bağlanmış Google Google Stadia platformalarına rəqib kimi təqdim edilmişdi. Şirkət bildirir ki, bundan sonra fokus yalnız Luna abunəliyinə daxil olan oyun kitabxanasına yönələcək və gələcəkdə də platformaya yeni üçüncü tərəf oyunlar əlavə olunmağa davam edəcək.
    Paylaş