Logo
    main-post-cover

    Amazon saytı təqdimata hazırlaşan Samsung Galaxy Watch 7-nin özəlliklərini sızdırıb

    Cihazlar+
    27.06.2024
         Samsung şirkəti artıq növbəti Galaxy Unpacked təqdimat tədbirini anons edib. Sözügedən tədbir 10 iyul tarixində Parisdə baş tutacaq. Tədbir çərçivəsində yeni qatlana bilən Galaxy Z Fold 6Z Flip 6 smartfonları ilə yanaşı Galaxy Watch 7 smart saat seriyası da təqdim edilməlidir. İndi isə Amazon-un Kanada üzrə şöbəsi Galaxy Watch 7-nin texniki imkanlarını sızdırıb. Beləliklə sızdırılmış məlumata əsasən Galaxy Watch 7-nin versiyalarından biri 40 mm-lik gövdə ölçüsünə sahib olacaq.
         Bununla yanaşı smart saat 3 nanometrlik prosessor vasitəsilə çalışacaq. Çox güman ki, söhbət, Exynos W940 prosessorundan gedir. Məlumatda qeyd edilib ki, smart saat özündə BioActive 2 sensorunu birləşdirəcək və o, istifadəçi səhhəti ilə bağlı göstəricilərin daha dəqiq şəkildə ölçülməsini təmin edəcək. Bütün bunlardan əlavə olaraq Galaxy Watch 7 smart saatı Galaxy AI ekosistemi çərçivəsində süni zəka funksiyalarını əldə edəcək. Söhbət, süni zəka vasitəsilə yuxu keyfiyyətinin monitorinqi, məşqlərin monitorinqi və süni zəka əsasında kommunikasiyadan gedir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...