Amazon-un “Bee” qolbağı test edildi
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Amazon-un ötən il satın aldığı süni intellekt əsaslı “Bee” adlı ağıllı qolbaq son vaxtlar yenilənmiş funksiyaları ilə diqqət çəkir. Cihaz istifadəçinin gün ərzində etdiyi danışqları qeyd edir, onları mətnə çevirir və avtomatik şəkildə xülasə hazırlayır. Məqsəd isə şəxsi AI köməkçisi kimi işləyərək gündəlik həyatı və iş prosesini daha nizamlı etməkdir.
Cihaz xüsusilə iş görüşləri və toplantılar zamanı faydalı görünür. Müəllif işlə bağlı telefon danışığını “Bee” vasitəsilə qeyd etdiyini və sonradan tətbiqin söhbəti bölmələrə ayıraraq aydın şəkildə xülasələndirdiyini bildirib. Bu xüsusiyyət uzun görüşləri yenidən dinləmədən vacib məqamları xatırlamağa kömək edir.
Paylaş