Logo
    main-post-cover

    Android artıq vərdişlərinizi analiz edib sizə əvvəlcədən tövsiyə verəcək

    Cihazlar+
    14.05.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google Android cihazları üçün yeni süni intellekt funksiyasını istifadəyə verməyə başlayıb. “Contextual Suggestions” adlanan bu xüsusiyyət istifadəçinin gündəlik vərdişlərini analiz edərək növbəti addımını əvvəlcədən təxmin etməyə çalışır. Funksiya istifadəçinin yerləşdiyi məkan, istifadə davranışı və rutinlərinə əsasən uyğun tövsiyələr təqdim edir.
        Məsələn istifadəçi hər həftəsonu idman zalına gedirsə, Android həmin məkana çatdığı zaman avtomatik olaraq musiqi tətbiqində məşq playlistini təklif edə bilər. Digər nümunədə isə istifadəçi şənbə günləri tez-tez idman oyunlarını televizora ötürürsə, sistem uyğun vaxtda “Cast” funksiyasını aktivləşdirməyi xatırlada bilər.
    Screenshots of Android’s new contextual suggestions feature settings.
        Bu xüsusiyyət ilk dəfə Google Play Services beta versiyasında görünmüşdü. İndi isə məlumata görə funksiya stabil versiyada da bəzi istifadəçilər üçün aktivləşdirilib. Android Authority və 9to5Google jurnalistləri bildirirlər ki, xüsusiyyət artıq Android 16 ilə çalışan Pixel 10 seriyası smartfonlarında görünür və standart olaraq aktiv vəziyyətdədir.
        Google hələlik funksiyanın interfeysinin necə görünəcəyini tam nümayiş etdirməyib. Paylaşılan ekran görüntülərinə əsasən istifadəçilər hansı məlumatların istifadə olunacağını idarə edə biləcəklər. Məsələn, istənilərsə cihazın lokasiya məlumatından istifadə deaktiv edilə bilər. Şirkət bildirir ki, bütün məlumatlar cihaz daxilində “şifrələnmiş məkan”da emal olunur və məlumatlar Google, tətbiqlər və ya üçüncü tərəf servislərlə paylaşılmır. Google-un açıqlamasına görə süni intellekt istifadəçi davranışlarını cihaz üzərində öyrənərək faydalı ola biləcək hərəkətləri proqnozlaşdırır.
        Yeni xüsusiyyət müəyyən mənada Pixel 10 seriyası ilə təqdim olunan “Magic Cue” funksiyasına bənzəyir. Həmin sistem də istifadəçiyə tətbiqlər və söhbətlər üçün kontekstə uyğun məlumatlar təklif edir.
     
    Paylaş