main-post-cover

    AOC AGON GAMING C27G4ZXE gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.06.2024
    Emil Nəcəfov
         AOC şirkəti AOC U27V10R adlı adi monitoru ilə yanaşı yeni gaming monitorunu da təqdim edib. Şirkətin yeni gaming monitoru AOC AGON GAMING C27G4ZXE adlanır. Beləliklə bu yeni monitor 280 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym ölçülü Fast VA ekranla təchiz olunub. Ekran əyilmiş dizaynda hazırlanıb və onun maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir. Onun istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 125.7%-ni, DCI-P3 rəng diapazonunun isə 92.4%-ni əhatə edir. Monitor istifadəçi gözlərinin zərərli göy işıqdan qorunması üçün nəzərdə tutulmuş Low Blue Light funksiyasına sahibdir. Monitor özündə DisplayPort 1.4 HDMI 2.0 girişlərini birləşdirir. AOC AGON GAMING C27G4ZXE-nin nə zaman satışa çıxacağı qeyd edilməsə də bildirilib ki, onun Avropa bazarındakı satış qiyməti 259 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli AOC U27V10R monitoru təqdim edilib - QİYMƏTİ
    orta-budceli-aoc-u27v10r-monitoru-teqdim-edilib-qiymeti
    AOC Gaming C27G2Z3/BK gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-gaming-c27g2z3bk-gaming-monitoru-teqdim-edilib-qiymeti
    AOC Q27G10ZE gaming monitoru təqdim edilib
    aoc-q27g10ze-gaming-monitoru-teqdim-edilib
    AOC AGON 6 Pro gaming monitoru təqdim edilib - QİYMƏTİ
    aoc-agon-6-pro-gaming-monitoru-teqdim-edilib-qiymeti
    AOC 24B15H2 adlı yeni büdcəli monitor təqdim edilib - QİYMƏTİ
    aoc-24b15h2-adli-yeni-budceli-monitor-teqdim-edilib-qiymeti