Logo
    main-post-cover

    AOC Q27G4XM gaming monitoru təqdim edilib

    Cihazlar+
    28.10.2024
    Emil
         AOC şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru AOC Q27G4XM adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü mini LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. AOC Q27G4XM-in nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş