
Apple 7 ədəd AR/VR cihaz üzərində çalışır
Cihazlar+
01.07.2025
Emil
Apple şirkəti virtual və artırılmış reallıqla bağlı 7 cihaz üzərində çalışır. Bu barədə tanınmış analitik Ming-Chi Kuo məlumat verib və bildirib ki, bu məhsullardan birincisi 2025-ci ilin sonuna qədər bazara çıxacaq. “Apple başa taxılan cihazları istehlak elektronikası sahəsində növbəti mühüm trend kimi qiymətləndirir. Hazırda şirkət ən azı 7 layihə üzərində çalışır - bunlara 3 Vision seriyalı məhsul və 4 ağıllı eynək modeli daxildir. Bu cihazlardan 5-nij inkişaf mərhələsi artıq təsdiqlənib, 2-si isə hələ ilkin mərhələdədir” - deyə Kuo bildirib. Analitikin məlumatına görə, Apple qarışıq reallıq üçün nəzərdə tutulan Vision Pro cihazının yenilənmiş versiyasını Apple M5 prosessoru ilə təqdim etməyə hazırlaşır. Bildirilir ki, bu cihazın kütləvi istehsalına 2025-ci ilin üçüncü rübündə başlanacaq və ilin sonuna qədər 150-200 min ədəd arasında tədarük həyata keçirilə bilər.

Yeni prosessordan başqa hər hansı digər dəyişiklik gözlənilmir. Analitik vurğulayır ki, şirkət daha əlçatan Vision Pro versiyası olan Vision Air cihazının təqdimatından imtina etməyib. Gözlənilir ki, bu cihazın kütləvi istehsalına 2027-ci ilin üçüncü rübündə başlanacaq. Mənbənin məlumatına görə, bu başlıq plastik və maqnezium ərintisindən istifadə olunduğuna görə orijinal Vision Pro-dan 40% daha yüngül olacaq. Bundan əlavə, cihazda daha az sensor olacaq ki, bu da onun qiymətinin aşağı salınmasına imkan verəcək. Digər bir layihə isə yeni dizayna və flaqman Apple prosessoruna sahib olacaq ikinci nəsil Vision Pro cihazıdır. Gözlənilir ki, bu cihazın kütləvi istehsalına 2028-ci ilin ikinci yarısında başlanacaq.

Kuo-nun sözlərinə görə, bu cihaz həm daha ucuz, həm də orijinal versiyadan xeyli yüngül olacaq. Əvvəllər mətbuatda Apple-ın ilk ağıllı eynəyini 2026-cı ildə təqdim edə biləcəyi barədə məlumatlar yayılmışdı. Kuo-nun fikrincə, iPhone istehsalçısı Meta və Ray-Ban ilə rəqabətə ilk dəfə 2027-ci ilin ikinci rübündən tez başlamayacaq. O, həmçinin əlavə edib ki, birinci nəsil ağıllı eynəkdən 3-5 milyon ədəd istehsal olunması planlaşdırılır. Bildirilir ki, cihazın müxtəlif materiallardan hazırlanmış bir neçə variantı təqdim olunacaq. Əsas funksiyalara isə səsli idarəetmə, jestlə tanıma, foto və video çəkmə, eləcə də süni zəka alqoritmləri vasitəsilə ətrafdakı obyektlərin tanınması daxildir. Analitik həmçinin Apple-ın qarışıq reallıq üçün 2 fərqli ağıllı eynək versiyası təqdim etməyi planlaşdırdığını qeyd edib.

Onun məlumatına görə, şirkətin daxili ekranlarla təchiz olunmuş ilk XR eynəyi 2028-ci ildə satışa çıxarılacaq. Bu cihaz səsli idarəetmə və jestlərlə tanımanı dəstəkləyəcək. Bu kateqoriyaya aid ikinci cihazla bağlı hələlik ətraflı məlumat yoxdur. Kuo-nun son hesabatında bildirib ki, Apple Mac və iPhone üçün ekran və naqilli bağlantıya malik virtual reallıq cihazı üzərində də çalışırdı, lakin cihazın çəkisinin həddən artıq çox olması səbəbindən layihə dayandırılıb. Analitikin fikrincə, mühəndislər və tərtibatçılar bu layihəyə yenidən qayıda bilərlər və həmin cihazın bazara çıxışı 2026-cı ilin ikinci rübündə gözlənilir. Kuo-nun paylaşımından maraqlı bir nəticə çıxarmaq olar: analitik hesab edir ki, Apple yalnız istifadəçilərin diqqətini ağıllı eynəklər bazarına cəlb etməklə kifayətlənməyəcək, həm də qabaqcıl texnologiyalar sayəsində rəqiblərini geridə qoya biləcək - hətta Apple bu kateqoriyada ilk məhsulunu digər şirkətlərin oxşar cihazlarından sonra təqdim etsə belə.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
