Logo
    main-post-cover

    Apple hərəkətli ekrana sahib smartfonun patentini əldə edib

    Cihazlar+
    31.01.2024
    Emil
         Apple şirkətinin növbəti patenti şirkətin elastiki ekrana sahib smartfonun istehsal planlarını yenidən ortaya çıxarıb. Ortaya çıxmış patent sənədləri özlərində hərəkətli ekrana sahib smartfonun təsviri ilə yanaşı dizaynını da birləşdirirlər. Patent fotolarından da görmək olar ki, adi vəziyyətdə smartfon kvadrat formasındadır və ekranın bir hissəsi onun daxilində yerləşir. Lazım olduğu zaman ekranın daxildə yerləşən hissəsi gövdənin kiçik sahəsi ilə birlikdə xarici istiqamətə uzanır. Bu patent sənədləri iPhone-nu əhatə etsə də, Apple sənədlərdə qeyd edib ki, hərəkətli ekranlar həmçinin iPad iMac-larda istifadə edilə bilər. Apple şirkətinin nəticədə bu cür smartfonu istehsal edib-etməyəcəyi bilinmir.
    Paylaş