Apple iOS 26.3 public beta-nı yayımladı
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Apple iPhone istifadəçiləri üçün növbəti yeniləməni test mərhələsinə çıxarıb. Şirkət iOS 26.3 versiyasının public beta buraxılışını rəsmi olaraq istifadəyə verib. Yeniləmə iOS 26.2-nin stabil versiyasından qısa müddət sonra təqdim olunub və tam versiyanın 2026-cı ilin əvvəlində yayımlanacağı gözlənilir.
Yeni beta böyük dəyişikliklər vəd etməsə də, bir neçə diqqətçəkən yenilik təqdim edir və istifadəçilər artıq onları sınaqdan keçirə bilərlər.
iOS 26.3 public beta necə yüklənir?
Apple public beta proqramında iştirak etmək tamamilə pulsuzdur. iOS 26.3 public beta-nı yükləmək üçün aşağıdakı addımları izləmək kifayətdir:
- Apple-ın rəsmi Beta Software Program saytına daxil olun
- Apple ID ilə qeydiyyatdan keçin
- “Enroll your iOS device” bölməsini seçin
- iPhone-da Settings > General > Software Update bölməsinə keçin
- Yeniləmə siyahısından iOS Public Beta seçərək quraşdırmanı başladın
iOS 26.3 public beta-da hansı yeniliklər var?
Yeni versiya gündəlik istifadəni köklü şəkildə dəyişmir, lakin bəzi istifadəçilər üçün faydalı olacaq yeniliklər təqdim edir. İlk olaraq Wallpapers bölməsində kiçik dəyişiklik edilib. Weather və Astronomy kateqoriyaları artıq ayrıca bölmələr kimi təqdim olunur və bir neçə yeni hava mövzulu divar kağızı əlavə edilib.
Daha maraqlı yenilik isə bildirişlərin üçüncü tərəf ağıllı saat və fitnes qolbaqlarına ötürülməsi imkanıdır. Artıq Apple Watch istifadə etməyənlər də iPhone bildirişlərini alternativ ağıllı cihazlarda görə biləcəklər. Qeyd edək ki, bu funksiya hazırda yalnız Avropa İttifaqında aktivdir və Apple bu addımı Digital Markets Act (DMA) tələblərinə uyğun olaraq atıb.
Paylaş