Reklam
Apple iPhone 13 modellərinin qutularında kiçik dəyişiklik edib

Apple iPhone 13 modellərinin qutularında kiçik dəyişiklik edib

Mobil Cihazlar
20.09.2021 PAYLAŞIM

    Keçən il Apple şirkəti iPhone 12 modellərinin qutularında şarj cihazını ləğv etməklə böyük səs-küyə səbəb olmuşdu. Yeni iPhone 13 smartfonlarının təqdimatlarından sonra onların qutuları barəsində maraqlı fakt ortaya çıxıb. Belə ki, bu dəfə yeni smartfonların məhz qutuları bir dəyişikliyə məruz qalıblar. İnternetdə ortaya çıxmış fotolara əsasən iPhone 13 modellərinin qutularının səth hissələri daha şəffaf örtük ilə əhatə olunmur. Onun yerinə şirkət qutulara kağız materialdan hazırlanmış xüsusi qoruyucu möhür qoyub.


    Bu möhür isə öz növbəsində qutunun daha öncədən açılıb-açılmadığını müəyyənləşdirməyə imkan verəcək. Belə ki, kağız materialdan hazırlanmış möhürü zədələmədən qutunu açmaq mümkün deyil. Apple şirkətinin rəsmi saytında bu cür qərar ətraf mühitin qorunması ilə əlaqələndirilib. Şirkətin verdiyi məlumata əsasən qutularda şəffaf örtükdən istifadənin ləğv edilməsi 600 ton plastik materialdan istifadəni lazımsız edə bilər. Qeyd etmək lazımdır ki, Apple şirkəti 2025-ci ilə kimi öz məhsullarının qablaşdırılmalarında plastik materialdan ümumiyyətlə imtina etməyi planlaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×