main-post-cover

    Apple iPhone-ları USB Type-C ilə təchiz edəcəyini təsdiqləyib

    Cihazlar+
    26.10.2022
    Emil Nəcəfov
        Bazar ertəsi rəsmi məlumat verilmişdi ki, Avropa Şurası USB Type-C girişinin Avropa Birliyi regionunda satılacaq bütün elektron cihazlar üçün vahid şarj girişi rolunda çıxış etməsi barəsində olan qanunu sonunda təsdiqləyib. Bu qanun həmçinin smartfonları da əhatə edir. Bu məsələdə Apple şirkətinin mövqeyi daha maraqlı idi. Belə ki, şirkət iPhone modellərini hələ də Lightning girişi ilə təchiz edir. Hələ bir neçə müddət bundan öncə insayderlər və analitiklər məlumat vermişdilər ki, Apple USB Type-C girişinə sahib iPhone modellərini test etməyə başlayıb və bu addımı atmağa şirkəti məhz Avropa Birliyinin yeni qanunu məcbur edib. İndi isə Apple təmsilçisi sözügedən qanuna rəy bildirib.
        Şirkətin marketinq üzrə rəhbəri olan Greg Joswiak iPhone modellərində Lightning girişinin USB Type-C ilə əvəzlənmə məsələsinə bu cür fikir bildirib: “Aydın məsələdir ki, biz bu qanuna tabe olmalıyıq. Bizim başqa çıxış yolumuz yoxdur” - deyə Greg Joswiak qeyd edib. Beləliklə Apple şirkəti Avropa Birliyinin yeni qanunu səbəbilə məcbur olaraq iPhone modellərini USB Type-C girişi ilə təchiz etməli olacaq. Qeyd etmək lazımdır ki, iPad planşetləri ilə Mac kompüterləri artıq USB Type-C girişinə sahibdirlər. Bu isə o deməkdir ki, şirkətin USB Type-C girişi ilə təchiz olunmayan məhsulları arasında ən vacib olanlarından biri də iPhone modelləridir.
        Apple şirkətinin iPhone modellərində USB Type-C girişini nə zaman reallaşdıracağı məsələsinə gəldikdə isə Greg Joswiak qeyd edib ki, avropalı müştərilər üçün zaman intervalı avropalılar tərəfindən təyin edilir. Qeyd etmək lazımdır ki, Avropa Birliyinin yeni qanununa əsasən istehsalçılar Avropa Birliyi regionunda satılacaq məhsullarını 2024-cü ilin sonuna kimi USB Type-C girişi ilə təchiz etməli olacaqlar. Apple şirkətinin Avropa bazarı ilə yanaşı digər bazarlarda da iPhone-ları USB Type-C ilə təchiz edib-etməyəcəyi brəsində Greg Joswiak heç bir məlumat verməyib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər