
Apple iPhone prosessoru vasitəsilə çalışacaq ucuz MacBook üzərində çalışır
Cihazlar+
01.07.2025
Emil
Apple şirkəti ucuz və kompakt MacBook modelini təqdim etməyi planlaşdırır. Bu modelin əsasını isə keçən il təqdim edilmiş iPhone 16 Pro-da istifadə edilən Apple A18 Pro prosessoru təşkil edəcək. Bu barədə tanınmış analitik Ming-Chi Kuo məlumat verib. Analitikin verdiyi məlumata görə, Apple 13 düym ölçülü ekrana və A18 Pro prosessoruna sahib əlçatan qiymətli MacBook modeli üzərində çalışır. Bu da həmin cihazı iPhone ilə eyni prosessora sahib ilk Mac kompüteri edəcək.

Hazırda Apple-ın bütün noutbukları daha çox nüvəyə malik və daha böyük yaddaş dəstəyi təqdim edən M seriyalı prosessorlarla işləyirlər. Eyni zamanda bildirilir ki, bu əlçatan MacBook modeli gümüşü, mavi, çəhrayı və sarı rəng variantlarında satışa çıxarılacaq. Gözlənilir ki, yeni MacBook-un kütləvi istehsalına 2025-ci ilin dördüncü rübünün sonunda və ya 2026-cı ilin birinci rübünün əvvəlində başlanacaq. Apple bu addımın MacBook noutbuklarının satış həcmini artıracağını və gələn il satışların 28%-nə qədərini təmin edəcəyini hesablayır. Kuo həmçinin qeyd edib ki, yeni noutbukun istehsalı üçün gövdələr Çin şirkəti Everwin Precision tərəfindən hazırlanacaq.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
