Logo
    main-post-cover

    Apple onlayn mağazada Mac seçim sistemini dəyişdi

    Cihazlar+
    02.02.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Apple onlayn mağazasında Mac alışı prosesini yeniləyib və artıq istifadəçilərə cihazı tam istədikləri kimi konfiqurasiya etməyə imkan verir. Yeni sistem ilk dəfə MacWorld tərəfindən diqqətə çatdırılıb.
        Əvvəlki dizaynda alıcılar bir neçə hazır konfiqurasiya arasından seçim edirdisə, yenilənmiş alətdə istifadəçi addım-addım bütün texniki xüsusiyyətləri özü müəyyənləşdirir. Buraya Mac-in rəngi, ekran növü, prosessor (çip), operativ yaddaş (RAM), daxili yaddaş (storage) və hətta enerji adapteri daxildir. Bundan əlavə, alıcılar cihazı sifariş edərkən Final Cut Pro və ya Logic Pro kimi peşəkar proqramları əvvəlcədən quraşdırılmış şəkildə seçə bilirlər. Bu xüsusilə video və musiqi ilə məşğul olan istifadəçilər üçün əlavə rahatlıq yaradır.
        Bu yenilənmiş dizayn eyni zamanda yeni MacBook Pro modellərinin yaxın zamanda təqdim olunacağına işarə kimi qiymətləndirilir. Bloomberg-in texnologiya yazarı Mark Gurman-ın məlumatına görə, Apple gələcəkdə M5 ProM5 Max çipləri üçün CPU və GPU nüvələrinin sayını ayrıca seçməyə imkan verən daha çevik konfiqurasiya təklif edə bilər. Məlumata əsasən, yeni MacBook Pro modellərinin macOS 26.3 ilə birlikdə, fevral–mart ayları arasında təqdim olunması gözlənilir.
    Paylaş