Logo
    main-post-cover

    Apple öz saytında bəzi iPhone-ların satışlarını dayandırıb

    Cihazlar+
    10.09.2024
    Emil
         Apple şirkəti iPhone 16 smartfon seriyasını təqdim edəndən sonra ənənəyə sadiq qalaraq bəzi köhnə iPhone modellərinin satışlarını öz saytında dayandırıb. Beləliklə dünəndan başlayaraq Apple öz saytında iPhone 13 smartfonlarının və iPhone 15 Pro ilə iPhone 15 Pro Max modellərinin satışlarını dayandırıb. Bundan əlavə olaraq şirkətin rəsmi saytında bəzi iPhone modellərinin qiymətlərində 100$ dəyərində düşüş olub. Qiymətləri aşağı düşmüş iPhone modelləri ilə aşağıdakı siyahıdan tanış olmaq olar.
    - iPhone SE (2022) - 429$
    - iPhone 14 - 599$ (əvvəlki qiyməti 699$)
    - iPhone 14 Plus — 699$ (əvvəlki qiyməti 799$)
    - iPhone 15 — 699$ (əvvəlki qiyməti 799$)
    - iPhone 15 Plus — 799$ (əvvəlki qiyməti 899$).
     
    Paylaş