Apple qatlanan iPhone Duo-nun 4883 mAh batareyasını təsdiqlədi
“Apple” qatlanan “iPhone Duo” üçün Avropa İttifaqının enerji etiketini yayımlayıb. Sənədə görə, litium-ion batareyanın ümumi tutumu 4883 mAh təşkil edir. Ötən həftə ön sifarişə açılan model bu həftənin sonuna doğru satışa çıxacaq və alıcılara çatdırılacaq.
Batareya 2962 mAh və 1921 mAh tutumlu 2 ayrı hissədən ibarətdir. Müqayisə üçün, “iPhone 18 Pro”da 4288 mAh, “iPhone 18 Pro Max”da 5567 mAh batareya var. Beləliklə, “iPhone Duo” “Apple” smartfonları arasında ən böyük batareyalardan birini alıb. Onu yalnız son 2 “Pro Max” modeli qabaqlayır.
Enerji etiketində bir dolum üçün 51 saat 30 dəqiqə işləmə müddəti göstərilib. Batareyanın standart sazlamalarda ən azı 1000 şarj dövründən sonra da işlək qalacağı qeyd olunur. Ancaq böyük daxili ekrandan çox istifadə edildikdə cihazın real işləmə müddəti daha qısa olacaq.
“iPhone Duo” bütün ölkələrdə yalnız rəqəmsal eSIM-lə satılacaq. Buna görə batareya tutumunun bütün bazarlarda 4883 mAh qalacağı gözlənilir. Son nəsil “iPhone”ların eSIM versiyalarında fiziki SIM kartlı modellərlə müqayisədə daha böyük batareya var. Yuxarıdakı müqayisədə də məhz eSIM versiyaları əsas götürülüb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar